Oqtay İlyas oğlu Məmmədov () — Azərbaycan Ədliyyə general-mayor, Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016).

Həyatı Oqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur.

1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, iki övladı, beş nəvəsi var.

Fəaliyyəti 1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur.

2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2018-ci il tarixli 713 nömrəli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Həmçinin bax Arif Talışxanov

Xarici keçidlər Oqtay Məmmədov: Penitensiar xidmət ötən il 579 cinayətin üstünü açıb Prezident general rütbəsi verdi, rəis təyin etdi — 6 sərəncam

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan ədliyyə general-mayorları