Huqo Fayqelsberq (; ) — tanınmış Macarıstan redaktoru və yazıçısı. Əsərlərini İqnotus təxəllüsü ilə yazırdı.
Fəaliyyəti Poemalarının, hekayələrinin və sosiologiya ilə bağlı əsərlərinin lirik məzmunu ilə tanınır. İqnotus təxəllüsündən əlavə "Dixi," "Pato Pal" və "Tar Lorinç" ləqəbləri ilə də əsərlər yazırdı.
Fəaliyyətinə “A Slemil Keservei” (1891), “Versek” (1894), “Vallomások”(1900) , “Végzet” romanları və, eləcə də holland yazıçısı Luis Kupeyrusun romanının tərcüməsi də daxildir. İqnotus Nyuqat ədəbi jurnalının təsisçilərindən biridir. Atası Leo Fayqelsberq jurnalist, oğlu Pal İqnotus isə jurnalist və yazıçı olmuşdur və İkinci Dünya müharibəsi zamanı BBC-nin müxbiri kimi fəaliyyət göstərmişdir.
Həmçinin bax Nyuqat
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan redaktorları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:Macarıstan yəhudiləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XX əsr publisistləri Kateqoriya:XIX əsr şairləri Kateqoriya:XIX əsr yazıçıları