Sarayevo—Ploçe dəmiryolu xətti — Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçən dəmiryolu xətti. Elektrikləşdirilmiş bir yol xətti Ploçe-Sarayevo və Osijek vasitəsilə Budapeştə qədər uzanır.

Yolun ümumi uzunluğu 194,6 km, stansiyaların sayı isə 27-dir. Yol üzərində ümumilikdə 71 körpü vardır ki, onlarında ümumi uzunluğu 3,7 km-dir. 106 tunel 36,6 km uzunluğa sahibdir. 46 tunel və 21 körpü Bradin və Konis arasında yerləşir. Ən uzun tunelin uzunluğu 3,23 km-dirFritz Stöckl: Eisenbahnen in Südosteuropa.. Ən enişli sahə 25 dərəcə bucaq altındadır və Brabina-KonisFritz Stöckl: Eisenbahnen in Südosteuropa. Bohmann Verlag, Wien 1975, ISBN 3-7002-0431-X, S. 231ff. xətti üzərində yerləşir. Xəttin böyük hissəsi Neretva çayı sahili boyunca keçir.

Bosniya və Herseqovina ərazisində maksimal sürət sərnişinlər üçün 70 km/s, yük qatarları üçün isə 50 km/s təşkil edir. . Xorvatiya ərazisində isə qatarların sürəti 100 km/s çatır. Dəmir yolu xətti D4 sinfinə aiddir .

Tarixi thumb|Sarayevo-Ploçe dəmir yolu xəttinin fərdi hissələrinin tikintisi xərcləri. Hazır ki standart xəttin sələfi 1891-ci ildə inşa edilmiş ensiz dəmir yolu xətti olur . Yuqoslaviya Sosialist Federativ Respublikasında yük daşımalarında bu xətt, tələbatı ödəmədiyindən, 1963-cü ildə standart dəmiryolu xəttinə keçilmiş və bəzi sahələrdə yeniliklər edilmişdir. Neretva çayı üzərində su anbarının inşası ilə bəzi köhnə sahələr su altında qalmışdır. 26 və 27 noyabr 1966-cı ildə dəmiryolu xətti rəsmi olaraq açılmışdır. O zaman Mostardaki dəmir yolu stansiyası, platformalar, təhlükəsizlik avadanlıqlarının quraşdırılması tam olaraq başa çatmamışdı. 1969-cu ildəFritz Stöckl: Eisenbahnen in Südosteuropa. Bohmann Verlag, Wien 1975, ISBN 3-7002-0431-X, S. 46. dəmiryolu xəttinin elektrikləşdirilməsi tam olaraq başa çatır.

Standart bir ölçüyə malik Sarayevo-Ploçe dəmir yolu xəttinin tikintisindən sonra 1968-ci ildən 1988-ci ilədək liman və stansiyasında yük daşımalarının illik həcmi dörd dəfə artaraq - 956 min tondan 4.325.000 tonadək artmışdır. Bu dövr ərzində isə sərnişin daşımalarda azalma müşahidə edilir. Sərnişin daşımalarda azalma 436 000 nəfərdən 167 000 nəfərədək olmuşdur .

Xorvatiya müstəqil olduqdan sonra onun ərzaisindən keçən dəmir yolunun idarəsi Xorvatiya dəmir yolları (HŽ), Bosniya və Herseqovina ərazisindən keçən hissənin idarəsi isə Željeznice Federacije Bosne i Hercegovineyə (ŽFBH) həvalə edilir. Bosniya müharibəsi zamanı xəttin bəzi hissələri dağıdılır. Lakin sonradan bu hissələr yenidən bərpa edilmişdir.

İstinadlar

Kateqoriya:Xorvatiyada dəmiryol nəqliyyatı