Mimetizit — mineral, Pb5[Cl(AsO4)3].
Haqqında Mimetizit – heksaqonal. Kristalları prizmatik, izometrik, bəzən lövhəvari. Ayrılması: {101} üzrə qeyri-mükəmməl. İkiləşməsi {112} üzrə. Aqreqatı: kip, dənəvər, böyrəkvari, salxımvari, kristallik bitişmələr. Rəngsiz, alloxromatik. Parıltısı yağlı, yarımalmazı. Sərtliyi 3,5–4. Xüsusi çəkisi 7,04; Pb Ca-la əvəz olduqda xüsusi çəkisi 5,9-dək azalır. Oksidləşmə zonasında serussit, ledgillit, limonitlə assosiasiya. Növləri: kampilit, polisferit, Ca-Va-lu mimetezit, kolliit. Sinonim: Mimetit.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Halogenidlər (minerallar) Kateqoriya:Arsenatlar (minerallar) Kateqoriya:Qurğuşunun mineralları Kateqoriya:Lüminessensiya mineralları Kateqoriya:Heksaqonal sinqoniya mineralları