Mika Hakkinen (, 28 sentyabr 1968) — finlandiyalı Formula 1 pilotu.
Bioqrafiyası Mika Hakkinen 1968-ci ilin 28 sentyabrında Finalndiyanın Vantaa şəhərində anadan olmuşdur. 1991-ci ildən Bir çox pilotlar kimi Monakoda, Monte-Karloda yaşayır. 1998–2008 aralığında Erye Honkanenlə evli olmuşdur. Bu izdivacdan onun Hyuqa Ronan adlı oğlu (2000) və Ayna Culia adlı qızı (2005) var. Mika hazırda Marketa Remeşova ilə birlikdədir və cütlüyün Ella adlı qız övladı(2010) var.
Karyerası Mika Hakkinen avtoidman karyerasına 1987-ci ildə 19 yaşında başlamışdır. Onun ilk yarışındaca Reynard komandasının tərkibində qatıldığı Formula Forda 9 qələbə qazanaraq birinci olmuşdu. Bundan sonrakı 3 ildə Hakkinen Dragon və West Surrey Racing komandalarında Formula 3 və digər müsabiqələrə qatılır.
Hakkinenin Formula 1-də debütü 1991-ci ildə baş tutdu. Pilot bu yarışa Lotus komandasının tərkibində qatıldı. 2 il sonra isə Mclaren-ə daxil oldu. 1991–2001-ci illəri əhatə edən Formula 1 karyerasında Mika Hakkinen ilk qələbəsini 1997-ci ildə qazandı, 2 dəfə çempionluq əldə etdi 1998, 1999), daha 1 dəfə ikinci oldu (2000). 1995-ci il mövsümündə Avstraliya Qran-prisində ağır qəzaya uğrayan idmançı komaya düşür, ancaq müəyyən müddət sonra sağalaraq yarışlara geri dönür.
Finland pilot daha 3 il DTM (Deutsche Tourenwagen Masters — yüngül maşınlar arasında Almaniya çempionatı) yarışlarında iştirak etdi və 2007-ci ildə avtoidmandan getdi.
İstinadlar IMDb.com — Mika Hakkinen f1news.ru — У Мики Хаккинена родилась дочь/Mika Hakkinen qızı dünyaya gəldi f1news.ru — Мика Хаккинен о своей "второй жизни"/Mika Hakkinen "ikinci həyatı" haqda f1news.ru — Биографии Чемпионов : Мика Хаккинен/Çempionların Bioqrafiyası : Mika Hakkinen
Kateqoriya:Finlandiyada doğulanlar Kateqoriya:Formula 1 çempionları