Naum Qriqoryeviç Naumtsev (; 16 oktyabr 1913, Bakı, Rusiya İmperiyası — 30 noyabr 2000, Samara Rusiya) — sovet futbolçusu, müdafiəçi. Böyük Vətən Müharibəsi iştirakçısı.
Futbolçu karyerası Naum Naumtsev 16 oktyabr 1913-cü ildə Bakı şəhərində anadan olub.
Naum Naumtsev futbolçu karyerası ərzində Bakının "Temp Bakı", "Dinamo GOHM", "Neftyanik", "Cənub İnşaatçısı", Tbilisinin "Dinamo" və "DO Tbilisi", həmçinin Moskvanın "Qırmızı Ordu" komandasının heyətində çıxış edib. O, ümumilikdə Futbol üzrə SSRİ yüksək liqasında 60 oyun keçirib, 1 qol vurub.
1947-ci ildə "Dinamo Tbilisi"nin heyətində SSRİ yüksək liqasının bürünc mükafatçısı olub.
Böyük Vətən müharibəsi Naum Naumtsev 1940-cı ilin avqustunda Qızıl Ordu sıralarına çağırılıb. İkinci Dünya müharibəsinin iştirakçısıdır. O, "İgidliyə görə" (1942), "Moskvanın müdafiəsinə görə" (1945), və "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları ilə, həmçinin 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni (1985) ilə təltif olunub.
Şəxsi həyatı Naum Naumtsev Bakıda teatrda aktrisa işləyən Zoya Nikolayevna Astafyeva ilə evli olub. Bu evlilikdən Yuri adlı oğlu olub. Yuri peşəkar basketbolçu və aktyor olub. Kişilərdən ibarət basketbol üzrə SSRİ milli komandasının heyətində çıxış edib.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Samarada vəfat edənlər Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycanın kişi futbolçuları