Lörints Sabo (; ) — Macar yazıçısı və tərcüməçi.
Həyatı thumb|Debreçendə Lörints Sabonun heykəli
Lörints Sabo Macarıstanın Mişkolç şəhərində anadan olmuşdur. Üç yaşı olarkən ailəsi Balaşşadyarmat şəhərinə köçür. Balaşşadyarmat və Debreçen şəhərlərində məktəbə gedir. Budapeştdə Eötvöş Lorand Universitetində təhsil aldı. Burada Mihay Babiç ilə dostluq etməyə başladı. O, öz təhsilini tamamlamadı; əvəzində 1921-ci ildə Layoş Mikeşin qızı olan Klara Mikeş ilə ailə həyatı qurduqdan bir müddət sonra Az Est mətbəəsində işləməyə başladı. 1944-cü ilə qədər burada fəaliyyət göstərdi. 1927 və 1928-ci illər arasında Pandora mətbəəsinin yaradıcısı və redaktoru olmuşdur.
İlk poemalarını 1920-ci illərdə Nyuqat jurnalında dərc etdirirdi. İlk şeirlər kitabını 1922-ci ildə Yer, Meşə, Tanrı adı altında nəşr etdirdi və müvəffəqiyyət əldə etdi. 1932, 1937 və 1943-cü illərdə Baumqarten mükafatını qazandı. Tərcüməçi kimi, Şekspirin bir sıra kitablarını, Samuel Teylor Koldric, Şarl Bodler, Molyer, Yohann Volfqanq Göte, Tomas Hardi, Pol Verlen, Aleksandr Puşkin, İvan Krılov, Heynrix von Kleist, Fridrix Nitsşe, Rayner Mariya Rilke və digər yazıçıların bir sıra əsərlərini tərcümə etmişdir.
Lörints Sabo İkinci Dünya müharibəsində döyüşərkən Dyula Dömböş ilə tanış olmuş və Lillafüred şəhərində keçirilən konqresdə müharibə poeziyasının gözəlliyini vurğulamışdır. 1942-ci ildə Lörints Yozef Gebbelsin yaratdığı Avropa Yazıçılar Birliyinə (Europäische Schriftstellervereinigung) qoşuldu.Frank-Rutger Hausmann (2004) "Dichte, Dichter, tage nicht!" – Die Europäische Schriftsteller-Vereinigung in Weimar 1941–1948. O, Yosef Nyirodan sonra Birliyin Macarıstan bölməsinin natiqi oldu və təşkilatın Avropa ədəbiyyatı adlı jurnalında (Europäische Literatur) öz əsərlərini dərc etdirdi.
Bu onun sağçı kimi formalaşmasına gətirib çıxardı. Belə ki, o, müharibədən sonra mədəni həyatdan uzaqlaşdırıldı və öz əsərlərini nəşr etdirməyə icazəsi olmadığı üçün yalnız tərcümələrini nəşr etdirə bildi. Onun əhəmiyyəti ölümündən az öncə Kossuth mükafatını alanda tanındı. Ürək tutmasından vəfat etdi.
Şeir kitabları Föld, erdő, Isten (Yer, Meşə, Tanrı, 1922) Kalibán (Kaliban, 1923) Fény, fény, fény (İşıq, İşıq, İşıq, 1926) A Sátán műremekei (Şeytanın şah əsərləri, 1926) Te meg a világ (Sən və dünya, 1932) Különbéke (Ayrılıqda sülh, 1936) Harc az ünnepért (Tətil üçün mübarizə, 1938) Régen és most (Əvvəl və indi, 1943) Tücsökzene (Kriket mahnısı, 1947) A huszonhatodik év (26-cı il, 1957)
Həmçinin bax Endre Adi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:XX əsr şairləri