Qarabağ xalçaçılıq məktəbi — Azərbaycan xalçaçılıq məktəblərindən biri.

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlarQədirova, D. Namazlıq xalçanı yaradan elementlər. / D. Qədirova//Elm.-2006. — 24 may. S13. və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu.Namazlıq xalçalarındakı "Həyat ağacı" motivləri / D. Qədirova // İncəsənət və mədəniyyət problemləri. −2007, S.55–59Qədirova D. "Azərbaycanın namazlıq xalçaları", red. T. İbrahimov. — Bakı: Şərq-Qərb, 2008. — 183 s.

Ümumi məlumat Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda – dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl – Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər.

"Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı – gəbələr geniş yayılmışdır.

1750-ci illərin əvvəllərində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng – boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşaratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona – "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazirda erməni işğalı altında inildəyən Qarabağımızın bütün milli sərvətlərinin mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.Azərbaycan xalçası, Bibloqrafiya, Bakı-2012,

Qarabağ xalçalarının motivləri Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə, sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerinin bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir."Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.

Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfüqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli","İtli-Pişikli","Marallı-Ceyranlı" cə s. Xovlu xalçalar toxunmuşdur. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfüqi zolaqlardır.

Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsi nin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözədəyəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətə layiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.

Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə, xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən süurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.Azərbaycan etnoqrafiyası, III cilddə, T. Bünyadov. Bakı, Şərq-Qərb nəşriyyatı, 2007, C-1, səh 543

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Qarabağ xalça məktəbi "Ləmpə, "Şələbi, "Qoca", "Malıbəyli", "Buynuz", "Dəryanur, "Açma-yumma"", "Şabalıd-burta", "Balıq" və b. xalçaları məşhurdur.

Şuşa xalçaları Şuşa xalçaları xovunun hündür olması, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü xalçaların toxunması ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Azərbaycanda olan 1500 növ boyaq bitkisinin əksəriyyəti Qarabağda olmuş, burada toxunan xalçaların ipliklərinin boyanmasında onlardan istifadə olunmuşdur. Vidadi Muradovun yazdığına görə, Qarbağda, o cümlədən də Şuşada 35-dən artıq orijinal xalça çeşnilərindən istifadə olunmaqla xalçalar toxunmuşdur.Kübra Əliyeva, Xovsuz xalçalar. K. Əliyeva//Qobustan.- 197. S.38–43. Xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunmuşdur. Buna nümunə olaraq, eni 2 və uzunu 5–7 xan arşını (xan arşını 1,5 arşına bərabər gəlir) olan xalıları, eni 1 və uzunu 5–7 xan arşını olan cüt "kənarə", "başlıq", "ayaqlıq" kimi beş hissədən ibarət "xalı-gəbə" dəstlərini misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, "Ləmpə", "Qoca", "Balıq", "Buynuz", "Açma-yumma", "Bulud" kimi geniş yayılmış çeşnilərdən istifadə edilmişdir.AAzərbaycan qadını naminə. heydər Əliyev İrsini Araşdırma Mərkəzi. — Bakı: Apastrof, 2010. — 371 s. Qarabağ sənətkarlarının toxuduğu xalçalara verdikləri adlar bəzən onların ölçülərini də müəyyən edir. Məsələn, "gəbə" – xalı ilə kənarə arasındakı ölçüdə bir xalça, taxtüstü – 3x1 xan arşını ölçülü divar və ya taxt üçün nəzərdə tutulan xalça, "xalı balası" – 4x1 xan arşını ölçüsündə xalı və s.Muradov, V. Azərbaycan xalçaları. V. Muradov: elmi red. K. Əliyeva. — Bakı: Elm, 2008. — 436 s. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanmışdır. İpək xalçalar, əsasən, mötəbər şəxslər, zadəganlar üçün sifarişlə və ya ixrac məqsədilə toxunurdu.Alınmaz sənət qalası /R. Tağəyeva //Şuşa şəhərinə həsr olunmuş elmi konfransın materialları. — Bakı, 2000. — S.67–74. Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. Məsələn, "Bulud", "Bağçada güllər", "Saxsıda güllər" adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycanın Rusiyaya ilhaqından sonra başlanılmışdır. XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, krujeva, "xoruznişan" dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları, həndəsi naxışlarla bəzədilmiş damalı kağızlara bükülmüş sabun və s. materiallar gətirilirdi. Şuşada istehsal olunan bir çox xalçalar da xalça sənətkarlarının həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq yaratdığı nümunələrdir. Şusanın "Bağçada güllər" kompozisiyalı məşhur xalçaları buna misal ola bilər. Bu xalçaların naxışları Pavlovski Posad şəhərində istehsal olunan güllü yaylıqlardan götürülmüşdür. Ona görə ilk dəfə "Güllü yaylıq" adlandırılan bu xalçalar sonralar "Bağçada güllər" adı ilə məşhurlaşmışdır. Şuşada toxunan "Saxsıda güllər", "Bulud" xalçaları da rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir. İlk dövrlər güllü naxışlar kiçik ölçülü xalçalara, sonralar isə dəst xalı-gəbələrə da tətbiq olunmağa başlamışdır.Quliyev R. Azərbaycan incəsənətində rəmzi-obrazlı bədii şərhə yüksəlmə/R. Quliyev. — Bakı: Təknur, 2007–160s. Röya Tağıyevanın yazdığına görə, XIX əsrin II yarısından etibarən Şuşada toxunan bütün xalçaların təqribən 35 faizi "Balıq" kompozisiyalı xalça nümunələri idi. Vaxtilə Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunan bu xalçaların istehsalı XVIII əsrin II yarısından etibarən Şuşa şəhərində cəmləşir. "Əfşan" kompozisiyası əsasında qurulan bu xalçalar Cənubi Azərbaycanda "Mahi", Qarabağda isə "Balıq" adı ilə tanınmışdır. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. Toxuduğu xalça və palazların sayı və keyfiyyətinə görə Şuşa XIX əsrdə Qarabağda birinci yeri tuturdu. İncəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri burada toxunub. Qarabağın əksər məntəqələrində, o cümlədən Şuşa şəhərində toxunan xalçalar əmtəə xarakterli olub Rusiya, Avropa, Asiya ölkələrinə ixrac olunmuşdur. Statistik məlumatlara görə, 1885–1887-ci illərdə Şuşanın xalça istehsalından gəliri 30 min rubl olmuşsa, 1890-cı illərdə bu gəlir artıq 200 min rubla çatmışdır.Şuşa qrupu xalçaları

Buynuz xalçası "Buynuz" adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları "Buynuz" xalçasını əvvəllər olduğu kimi, "Horadiz" adlandırırlar. Orta Asiyada və Yaxın Şərqdə, həmçinin Azərbaycanda qoyun, öküz, keçi kimi buynuzlu heyvanları müqəddəs hesab edirdilər. Əvvəllər əkinçiliklə, məhsulla, sonra totemizmlə, daha sonra isə astronomik anlayışlarla "Buynuz" müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc və cəsarət rəmzi olan öküz eyni zamana, "səma qüvvələri" ilə simvollaşdıraraq, su və əkinçilik allahını təcəssüm etdirir. Xalçanını orta sahəsinin kompozisiyası tamamilə üslublaşdırılmış buynuz təsvirlərindən ibarətdir.Kərimov, L. Kosmos fatehləri….xalçalarda./L. Kərimov//Bakı./1981.-S.15 "Buynuz" xalçalarının orta sahəsini təşkil edən, oxşar formalı elementlər, bəzəklər incəsənət ənənəsi və ümumi qəbul edilmiş qaydalara görə, bir-birinin ardınja düzülərək üfiqi cərgə yaradır. Bu "Buynuz"ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə bu xalçaları istənilən ölçüdə toxumağa imkan verir. Bu "Buynuz"ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007-, səh 883.

Balıq xalçası