Polşa ov iti () — Polşada yetişdirilən ov itləri cinsi. Bu itlərdə qoxu hissləri yüksək dərəcədə inkişaf etmişdir. Bu ağır çəkili və yüksək dözümlülüyə malik bu it, ovçuluq üçün çox əlverişlidir.

Xüsusiyyətləri 250px|thumb|left|Polşa ov iti ov zamanı Polşa ov itlərinin boyu 55–65 sm (22–23.5 düym) yüksəkliyinə çatır. Bu itlərin erkək cinslərinin çəkisi isə 25–32 kq, dişi cinslərinin çəkisi isə 20–26 kq olur.

Polşa ov itlərinin orta ömrü 13 ilə 14 yaşa qədərdir. Orta ölçülü erkək, Polşa ov iti tez-tez güclü və görünüşlü, möhkəm bir sümük quruluşu ilə təsvir edilir. Bu heyvanların rəngləri adətən qəhvəyi və qızılı rəngin qarışığı olur və boyundan quyruğa qədər olan üst hissə isə adətən qara rəng olur. Polşa ov itlərinin səsi tez-tez rezonant və təmiz kimi təsvir edilir, bu da bu növ itləri ideal bir ov iti edir. Polşa ov itləri çox gec qocalırlar. Ağıllı və asanlıqla məşq olunmuş Polşa ov itləri, sakit, şəvqətli ov iti və böyük ev heyvanları olaraq bilinir. Digər cinslərlə dostcul və çox sadiqdirlər.Ria Hörter. "New Dog Breeds – Recognized by The FCI. Gończy Polski (Polish Hunting Dog)". The Canine Chronicle. October 2013. pp. 196-199.

İstifadəsi Polşa ov itləri, maral, qaban, dovşan və tülküləri ovlamaq üçün Polşalılar tərəfindən istifadə edilir. Bəzən isə sərhədləri axtarmaq üçün qan izi ilə mükəmməl işləyir. Həmçinin bu itlərin səs qavrama qabiliyyəti də çox yüksəkdir. Qaban tutmaq, hücum etmək və heyvan ovlamaq üçün daha çox istifadə edilir. Gözətçi itlər kimi də istifadə olunur. Onlar tapşırıldığı ərazini izləyirlər və dərhal icazəsiz bir qonağın olması barədə sahiblərinə siqnal verirlər. Onların temperamenti və adaptasiyası onları şəhər şəraitində saxlamağa imkan verir. Ev şəraitində sakitdir, hətta tənbəldir və aktivliyə can atmırlar, baxmayaraq ki, onlar ov itidirlər.

İstinadlar

Ədəbiyyat "Polish Hound (Ogar Polski)." Elite-Pets. N.p., n.d. Web. 18 Feb. 2013 "Polish Hound." The Furry Critter Network. Bryntel Technologies, n.d. Web. 05 Feb. 2013. "Polish Hound." Sarahs Dogs. The Sarah's Dogs Website, 12 Apr. 2012. Web. 05 Feb. 2013. "Polish Hound." United Kennel Club: Polish Hound. United Kennel Club, Inc., n.d. Web. 05 Feb. 2013. "Polish Hounds." GotPetsOnline.com. GotPetsOnline.com, 18 Feb. 2013. Web. 21 Feb. 2013.

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:İt cinsləri Kateqoriya:Tazılar