350px|thumb|right Zodiak — Günəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsi olan ekliptikanın təxminən 8° Şimal və ya Cənub hissəsini əhatə edən sahə.C.M.Quluzadə Klassik Astronomiya Bakı, 2007 Ayın və vizual müşahidə olunan planetlərin trayektoriyası da zodiak qurşağındadır."zodiac". Oxford Dictionaries. Oxford University Press. Retrieved 19 September 2017.

Qərb astrologiyasında və qədim astronomiyada zodiak hərəsi 30° coğrafi uzunluğu əhatə etməklə qabaca bürclərə uyğunlaşdırılan 12 işarəyə (hissəyə) ayrılmışdı: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça, Balıqlar.Noble, William, "Papers communicated to the Association. The Signs of the Zodiac.", Journal of the British Astronomical Association, 12: 242–244

12 astoloji işarə qalaktik koordinat sistemi və ya daha spesifikolaraq ekliptikanın qalaktik enliyinin əsası və Günəşin ekinoksdakı qalaktik uzunluğunun əsası olaraq mövqeləndirilməsinə şərait yaradan elliptik koordinat sistemi əmələ gətirir.Leadbetter, Charles (1742), A Compleat System of Astronomy, J. Wilcox, London, p. 94

Adlandırılması Zodiak Yunanca "heyvan dairəsi" deməkdir. Zodiak bürclərinin yarıdan çoxunun adı heyvan adlarıdır. Zodiak adı da məhz bununla bağlıdır.

Tətbiqi Zodiak Roma erasında, Xaldey dövrünün(b.e.ə. I minilliyin əvvəllərində) Babil astronomiyasından miras qalan anlayışlara əsasən Helenistik astronomiyada ekliptika boyunca yerləşən ulduzların əvvəldən məlum olan siyahılarından istifadə olunaraq qeyd olunmuşdur .Lankford, John; Rothenberg, Marc (1997). History of Astronomy: An Encyclopedia. Taylor & Francis. p. 43. ISBN 978-0-8153-0322-0. Zodiakın qurulması Ptolemeyin II yüzillikdən qalma ən böyük əsərlərindən biri olan Almagestdə təsvir edilmişdir.Ptolemy, Claudius (1998). The Almagest. Princeton, New Jersey: Princeton University Press. ISBN 0-691-00260-6.

İstinadlar

Kateqoriya:Astrologiya Kateqoriya:Bürclər Kateqoriya:Göy mexanikası Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri