Zinaida Aleksandrovna Kupriyanoviç (; ) və ya səhnə adı ilə Zena — Belarus müğənnisi, aktrisa və televiziya aparıcısı. O, "Like It" mahnısı ilə Belarusu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası Uşaq yaşlarından səhnə almağa başlayan Kupriyanoviç Belarusu 2013-cü ildə Yurmalada keçirilən Yeni Dalğa, 2014-cü ildə isə Vitebskdə keçirilən Slavyan Bazarı yarışmalarında təmsil etmişdir.

Zena daha öncə iki dəfə Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsi seçimlərində iştirak etmişdir. Seçim turlarında 2015-ci ildə "Mir" mahnısı ilə dördüncü, 2016-cı ildə isə "Kosmos" mahnısı ilə üçüncü olmuşdur. O, 2017-ci ildə Rusiyanın Fabrika Zvyozd yarışmasının onuncu mövsümündə iştirak etmiş və nəticədə üçüncü yeri qazanmışdır. Kupriyanoviç Yevgeni Perlin və Helena Meraai ilə birlikdə Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə aparıcılıq etmişdir. O, eyni zamanda bir neçə filmin rusca dublyajında iştirak etmişdir.

2019-cu ilin mart ayında keçirilən Belarusun Avroviziya milli seçim turunda "Like It" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmiş və nəticədə Belarusu müsabiqənin final mərhələsinə yüksəldə bilmişdir.

Diskoqrafiya

Sinqllar Mahnı adı İl "Mir" 2015 "Kosmos" 2016 "Like It" 2019 "Groza i Muza" 2021

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Belarusda doğulanlar Kateqoriya:Belarus müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Belarusun "Avroviziya" təmsilçiləri