Vyaçeslav Semiqlazov (; 1 yanvar 1941, Bakı, Azərbaycan SSR, SSRİ — 29 may, 1995, Bakı, Azərbaycan) — müdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu.
Karyerası Bakının "Leninneft" klubunun yetirməsidir. Karyerası ərzində "Neftçi" və "ÇSKA Moskva" komandalarında çıxış edib. 1962-ci ildə SSRİ-nin 33 ən yaxşı futbolçusu siyahısına daxil olub. Karyerasını bitirdikdən sonra bir sıra Uşaq Gənclər İdman Məktəbinin və Azərbaycanın bir neçə həvəskar klublarının məşqçisi olub.
Nailiyyətləri SSRİ çempionatının bürünc mükafatçısı (1962, 1966). SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında — 3-cü yer. 1962-ci ildə.
İstinadlar
Xarici keçidlər FootballFacts.ru saytında profili
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ idman ustaları