Çətirvari iydə
Təbii yayılması Vətəni Şərqi Asiyadır.
Botaniki təsviri Hündürlüyü 4 m-ə çatan ağac və ya koldur. Yarpaqları ellipsvarıdır, uzunluğu 4–8 sm, eni 1–2 sm-dir. İyunda çiçəkləyir, 9 yaşından meyvə verir, meyvələri oktyabrda yetişir. Qışa orta dərəcədə davamlıdır. Toxumları 4 ay müddətində 5 °C temperaturda qumda və ya torfd stratifikasiya olunur. Abşeronda vegetasiya müddəti aprelin ortalarından oktyabra qədər davam edir. Səpin dərinliyi 2,0–2,5 sm-dir, becərilməsi üçün optimal temperatur 20–27 °C-dir.
Ekologiyası Torpağa tələbkar deyildir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. Quraqlıqsevəndir.
Azərbaycanda yayılması Böyük Qafqazda rast gəlinir.
İstifadəsi Canlı çəpərlərin salınmasında, qida sənayesində geniş istifadə olunur.
Məlumat mənbəsi Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Kateqoriya:İydə Kateqoriya:Dekorativ kollar Kateqoriya:Giləmeyvələr Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası