Ferens List Musiqi Akademiyası () — Budapeştdə yerləşən Macarıstanın ən qabaqcıl musiqi akademiyası.

Akademiya Ferens List tərəfindən 1875-ci ildə təsis edilib və ilk olaraq öz evində yerləşirdi. 1919-cu ilədək Kral Macarıstan Musiqi Akademiyası () adlanmış, sonra 1925-ci ildə adı Musiqi Kolleci adına dəyişmişdir. Akademiya həmçinin List Muzeyi və Araşdırma Mərkəzi və Bartok Musiqi Məktəbini də əhatə edir.

Bundan əvvəl Akademiya layihəsi memar Adolf Lanq ("Köhnə Musiqi Akademiyası") tərəfindən hazırlanmış Andrassi prospektindəki bir binada yerləşmişdir. Bina 1980-ci illərdə Akademiya tərəfindən satın alınmış və indi rəsmi olaraq Ferens List Memorial və Araşdırma Mərkəzi adlanır.

Akademiyanın rektorları

Ferents Erkel (1875–1887) Eden Mixayloviç (1887–1919) Enö Xubai (1919–1934) Ernest fon Donanyi (1934–1943) Ede Zaturetski (1943–1957)

Ferents Sabo (1958–1967) Deneş Kovaç (1967–1980) Yojef Uyfaluşi (1980–1988) Yojef Şoproni (1988–1994) İştvan Lantoş (1994–1997)

Şandor Falvai (1997–2004) Andraş Batta (2004–2013) Andrea Viq (1 noyabr 2013-cü ildən — bu günə qədər)

Akademiyanın tanınmış müəllimləri

Ede Banda Leo Veyner Qans fon Kössler

Deneş Kovaç Peter Komloş Dyerd Kurtaq

İştvan Lantoş Andraş Mixay Aladar Rats

Ferents Sabo Viktor fon Xertsfeld Adolf Şiffer

Ferents Erkel Semön Snitkovskiy Andraş Batta

Xarici keçidlər Akademiyanın rəsmi saytı

Kateqoriya:Konservatoriyalar Kateqoriya:Budapeşt tikililəri