Cinemax — ABŞ kabel və peyk ödənişli teleşəbəkəsi. Telekanalın sahibi «WarnerMedia» mülkü olan «HBO» teleşəbəkəsidir. «Cinemax» əsasən bədii filmlər, sənədli filmlər və özünün istehsal etdiyi teleserialları yayımlayır. Teleşəbəkənin baş qəargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir.

Teleşəbəkə 1 avqust 1980-ci ildə təsis edilmişdir. 2015-ci ilin iyul ayında «Cinemax» teleşəbəkəsinin ABŞ-də təqribən 21.325.000 abunəçisi (ümumi telekanalların 18.3%-i) var idi və ən azından ölkədəki ödənişli televiziya xidmətinə sahib 20.785.000 abunəçinin (ümumi telekanalların 17.9%-i) əsas «Cinemax» teleşəbəkəsini izləmə imkanına malik idi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ televiziya kanalları Kateqoriya:İngilis dilində televiziya kanalları Kateqoriya:1980-ci ildə yarananlar Kateqoriya:ABŞ televiziya şəbəkələri