Camaləddin Əliyev () - qapıçı.

Karyera

Böyük futbolla qapıçı kimi gəlmiş və aşağıdakı komandalarda çıxış etmişdir: 1979/81 "Avtomobilçi" (Bakı,SSRİ çempionatı, 2-ci dəstə) 1981/82 "OİK" (Bakı) 1982/83 "Avtomobilçi"(Mingeçevir) 1983/84 "Neftçi" (Bakı, SSRİ çempionatı) 1985 "Kolxozçu" (Aşqabad, SSRİ çempionatı, 2-ci dəstə) 1986 "Gənclik" (Bakı, SSRİ çempionatı, 2-ci dəstə, 9-cu zona) 1987 "Bakılı" (Azərbaycan çempionatı) 1988 "Kəpəz" (Gəncə, SSRİ çempionatı, 2-ci dəstə, 9-cu zona) 1989/90 "Neftçi" (Bakı, SSRİ çempionatı, 1-ci dəctə) 1991 "Qarabağ" (Ağdam, SSRİ çempionatı, 2-ci dəstə, Azərbaycan zonası) 1992 "Tərəqqı"(Bakı, Azərbaycan çempionatı, yüksək liqa) 1993/99 "Qarabağ"(Ağdam, Azərbaycan çempionatı, yüksək liqa)

Müstəqil Azərbaycan çempionatının güclülər dəstəsində 164 oyun keçirmiş və qapısından 131 qol buraxmışdır. 1 oyunda Azərbaycanın milli yığma komandasının qapısını qorumuşdur. Avrokuboklar uğrunda 6 dəfə, "Birlik" Kuboku yarışlarında isə 3 dəfə meydana çıxmışdır.

Xarici keçidlər Camaləddin Əliyev

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Qarabağ FK futbolçuları