2019-cu ilin yanvarında yeni bir mərhələyə keçən Venesuela siyasi böhranı — müxalifətin hərəkətləri nəticəsində iki güc mərkəzi ortaya çıxır. Venesuela Milli Asambleyasının Spikeri Xuan Quaydo, Nikolas Maduronun ikinci müddətə prezident seçilməsi ilə əlaqədar həyata keçirdiyi andiçmə mərasiminin ardından baş qaldıran çox minlik mitinqlərin fonunda özünü prezident səlahiyyətlərinin icraedicisi elan edir. Venesuela Prezidentinin özü isə prezidentlik müddətinin sonuna qədər hakimiyyətdə qalacağını bildirir. Nikolas Maduro baş vermiş hadisəni dövlət çevrilişinə cəhd hesab edərək, bunda ABŞ hökumətini ittiham etmiş və Amerika Birləşmiş Ştatları ilə diplomatik əlaqələri kəsmişdir.
Venesuelada ağırlaşan siyası qarşıdurma dünya ictimaiyyətinin qütbləşməsinə səbəb oldu. Xuan Quaydonu ABŞ, Lima qrupu ölkələri (Meksika istisna), Amerika Dövlətləri Təşkilatı, dünyanın bir sıra ölkələri dəstəklədiВоенные не поддержали переворот в Венесуэле. Россия встала на сторону Николаса Мадуро // «Коммерсантъ» от 24.01.2019 . 26 yanvar tarixində Avropa İttifaqı ölkələri Nikolas Maduronun 8 gün ərzində yeni seçkilərin keçirilməsi barədə qərar verməyəcəyi təqdirdə Xuan Quaydonu prezident kimi tanıyacağını bəyan edir. Maduronu isə Rusiya, Çin, Boliviya, Kuba, Meksika, Nikaraqua, Salvador, İran, Türkiyə və CAR dəstəkləyir. 26 yanvarda ABŞ-nin Rusiyanın etirazlarına qarşı başlatdığı BMT Təhlükəsizlik Şurasının təcili toplantısı, yalnız xarici siyasət səviyyəsində qarşıdurmanın ağırlaşmasına gətirib çıxardı. Bir çox ölkələrin danışıqlar yolu ilə böhranı həll etmək və onun beynəlxalq səviyyəyə qaldırılmasına mane olmasına baxmayaraq, prezident Nikolas Maduroya qarşı xarici təzyiq artmaqda davam edir.
Tarix öncəsi Venesuela 2018-ci ilin əvvəlində demək olar ki, tamamilə xarici siyasət təcridində idi və bir sıra qonşu dövlətlərlə münasibətləri dayandırmışdı. Bununla yanaşı Venesuelaya qarşı ABŞ sanksiyalar tətbiq etmişdir. Bu səbəbdən Venesuela hiperinflyasiyadan əziyyət çəkir: Milli Asambleyanın bəyanatına əsasən 2018-ci ildə bu demək olar ki, 1,700,000 % təşkil edib. Ölkədə qida və əsas malların kəskin çatışmazlığı yaşanır
Prezident Maduro ilə Milli Asambleya arasındakı qarşıdurma 2015-ci ildən bəri davam edir. Müxalifət parlamentdə əksəriyyəti qazandığı üçün Maduronun fövqəladə səlahiyyətlərini genişləndirməyi rədd etdmişdir.
Nikolas Maduro hakimiyyəti illərində bir neçə dəfə fövqəladə səlahiyyətlər almışdır ki, bu da ona parlamentin razılığı olmadan qanunvericilik fəaliyyətini həyata keçirmək hüququ verirdi. İlk dəfə 19 noyabr 2013-cü ildə Venesuela Milli Asambleyası ona (bir il müddətinə) "korrupsiya və iqtisadi müharibəyə qarşı mübarizə" sahəsində 19 noyabr 2014-cü il tarixinə qədər səlahiyyət hüququ vermişdir. 2015, 2016 və 2017-ci illərdə Maduro bu səlahiyyətlərdən 2010-cu il çağırışı olan milli asambleyanın dəstəyini sayəsindəistifadə etmişdir. Lakin 2015-ci ildə Maduro əlehdarları parlamentdə çoxluq əldə etdikdən sonra o, bu səlahiyyətləri Venesuela Ədliyyə Yüksək Tribunalından almışdır.
6 dekabr 2015-ci ildə Maduro əlehdarları seçkilərdə qalib gələrək parlamentdə çoxluq təşkil etməyə başladılar. 2016-cı ilin yanvarında dörd deputata Ədliyyə Yüksək Tribunalı tərəfimndən mandatdan məhrum edilir. Bundan sonra müxalifət əsaslı bir səs çoxluğunu itirmiş və Maduroya qarşı effektiv mübarizə qabiliyyətindən məhrum olmuşdur. 2016-cı il mayın 2-də müxalifət liderləri Maduronun prezidentlik səlahiyyətlərini geri çağırması ilə əlaqədar referendum başlatdılar və onların planlarını dəstəkləyənlərdən imza toplamasını həyata keçirdilər. 21 oktyabr 2016-cı ildə səs toplamanın bitməsinə bir neçə gün qalmış Maduronu dəstəıklkəyən Milli Seçki Şurası referenduma hazırlığı dayandırır.
2017-ci il konstitusiya böhranı 29 mart 2017-ci ildə əvvəlki parlamentin ləğv olunmasından qısa müddət əvvəl təyin etdiyi Ali Məhkəmə, Milli asambleyanı qanunvericilik hakimiyyətindən məhrum edərək bu səlahiyyətləri öz üzərinə götürmüşdür. 2017-ci il etirtazları zamanı Ali Məhkəmə özünü bütün qərarlarını ləğv etmişdir. 13 iyunda Milli Asambleya yeni Ali Məhkəmənin heyətini təsdiq edir. hansı ki, bu heyət prezident hakimiyyəti tərəfindən tanınmır və Panamada fəaliyyət göstərməək məcburiyyətində qalır.
Maduro mayın 1-də Konstitusiyanın 347-ci maddəsini tətbiq edərək 1999-cu il Konstitusiyasının yerinə yenikonstitusiya hazırlamağı qərara alır. Hansı ki, bu parlamentin səlahiyyətlərini azaldacaq və ölkədə müxalifəti təsir imkanlarındfan məhreum edəcəkdi. Milli Seçki Şurası Konstitusiya Asambleyası ilə razılığa gələrək seçkilərə hazırlaşır.
Venesuela Konstitusiya Asambleyasına seçkilər 30 iyul 2017-ci il tarixində reallaşdırıldı. Avqustun 8-də seçilmiş Konstitusiya Məclisi özünü ən yüksək səlahiyyətləri olan bir orqanı elan etdi. 18 avqustda Konstitusiya Məclisi qanunvericilik səlahiyyətlərini öz üzərinə götürüb, «sülh, təhlükəsizlik, suverenlik, sosial-iqtisadi və maliyyə sisteminin qorunması» məsələsində Milli Asambleyaya münasibətdə üstünlüyünü elan etdi. Növbəti gün isə Milli Asambleyanı qanunvericilik səlahiyyətindən məhrum edir. buna cavab olaraq Milli Asambleya konstitusiya Asambleyasını tanımadığını bəyan edir.
Venesuela sosial münaqişələr üzrə monitorinq mərkəzinin (Observatorio Venezolano de Conflictividad Social) verdiyi məlumata görə, Konstitusiya Asambleyasının çağırılmasına qarşı etiraz aksiyalarının dağıdılması nəticəsində 163 adam öldürülmüşdür. Hökumət isə 129 nəfərin öldüyünü təstiqləmişdir. Ölkədə baş qaldıran zorakılıq fonunda ali prakror Luis Orteqa Dias hökuməti terrorizmdə və vətəndaş hüquqlarını tapdalamaqda ittiham edir. Bunun ardından ali məhkləmə onun səlahiyyətlərini dondurur və ölkəni tərk etməsinə qadağa qoyur.
2018-ci ildə Venesuelada nönbədən kənar prezident seçiləri keçirilir. bununla belə konstitusiya asambleyası üç müxalifət partiyasının seçilərdə iştirakına icazə vermir (Ədalət üçün, Demokratik hərəkat və Xalq iradəsi). Səbəb kimi isə yerli seçkilərdə iştirakdan imtina etməklə legitimliklərini itirməsi göstərilir.
Maduronun əlehdarları erkən seçkilərin təyin edilməsinin seçki prosesinin iştirakçılarını bərabərlik və şəffaflığın təminatlarından məhrum etdiyini bəyan edirlər. 2015-ci ildə seçilmiş Milli Asambleyanın səlahiyyətinin əlindən alınması qanunverici quruluşa qarşı dövlət çevrilişi olaraq xarakterizə edildi. Bir sıra Venesueladan olan qeyri-hökumət təşkilatları (Foro Penal Venezolano, Sumate, Voto Joven, Venezuelan Electoral Observatory və Citizen Electoral Network) seçki qanunveriçiliyinin pozulması ilə bağlı narahatlıqlarını ifadə etmişdir.
Konstitusiya Asambleyasının legitimliyini 40-dan artıq dövlət, o cümlədəmn Amerika və Avropanın bir çox ölkələri tanımaqdan imtina etmişdir. Onlar 199-cu il konstitusiyasına əsasən qanuni yolla seçilmiş Milli Asambleyanı tanıdıqlarını bəyan etmişlər. Venesuelanın mövcud Konstitusiyasının 233-cü maddəsi dövlət başçısının "vəzifədən getdiyi" halda səlahiyyətlərini parlament spikerinə təhvil verməsini nəzərdə tutur. Bu vəziyyətdə konstitusiyada 1 ay ərzində yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.
2015-ci ildəki parlament seçkilərində üstünlük əldə edən müxalifət spiker postuna hər il bir fraksiyadan nümayəndə seçiləcəyinə qərar vermişdir. 2018-ci ilin dekabrında bu vəzifəyə Xuan Quaydo gətirilir və 5 yanvar 2019-cu ildə and içməsini gerçəkləşdirir. Məhs o 23 yanvar tarixində 1999-cu ilin konstitusiyasının 233 maddəsini əsas gətirərək özünü prezident elan edir).
2018-ci il prezident seçkiləri 20 may 2018-ci ildə Venesuelada prezident seçkiləri keçirilir. Nəticələrə əsasən indiki prezident Nikolas Maduro 68 % səs toplayır və yeni müddətə prezident seçilir. Ancaq müxalifətin rəyinə əsasən seçkilər kütləvi qanun pozuntuları ilə müşahidə olunmuşdur. Bu fikri həm ölkə daxilində həm də xaricində olan siyasi qüvvələr dəstəkləyir. Maduronun özü isə diktatura rejimi təşkil etməkdə ittiham edilir.
Seçkilərdə Nikolas Maduronun zəfərini tanımayan bir sıra Qərb və Latın Amerikası ölkələri Karakasda olan səfirlərini geri çağırmış, ABŞ administrasiyası isə Venesuelaya qarşı əlavə sanksiyalar tətbiq edərək, yeni seçkilər tələb etmişdir.
Müxaliflər Maduronun 10 yanvar 2019-cu il içməsinə kimi bir neçə ay müddətində onun səlahiyyətlərindən imtina etməsini istəmişdir. Maduronun legitimliyini tanımayanlar arasında Lima qrupu ölkələri (Meksika istisna), ABŞ və Amerika Dövlətləri Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyəti daxildir. Maduronun qalibiyyətini isə Rusiya, Çin, Meksika və ALBA alyansı ölkələri dəstəkləmişdir.
Maduroya qarşı xarici təzyiq 2019-cu ilin yanvar ayında, and içməsindən öncə başlamışdı.
Nikolas Maduronun andiçmə mərazimi 10 yanvar 2019-cu ildə Ali Məhkəmə binasında baş tutmuşdur. Milli Asambleyanın spikeri Xuan Quaydo andiçmənin ardından venesuelada texniki baxımından dövlət başçısının və ali abş komandanın olmadığını bəyan etmişdir. Həmin gün Quaydo Milli Asambleya üçün fövqəladə vəziyyət elan edir, xalq, ordu və xarici müttəfiqlərin birgə səyləri ilə ölkədə nəzarətini bərpa etmək lazım olduğunu bildirir. Milli Asambleya ölkəndə nəzarətini bərpa etmək məqsədi ilə keçid hökumətinin yaradılması üçün plan hazırlayır.
Hadisələrin gedişatı 250px|thumb|Nikolas Maduronun andiçməsindən sonra (10 yanvar 2019)
Əvvəlki hadisələr Gələcək böhranın ilk ciddi əlamətləri Maduroya yaxınlığı ilə bilinən Ali Məhkəmə və seçici hakimlərin 10 yanvar tarixindən önçə Amerika Birləşmiş Ştatlara qaçması ilə ortaya çıxır. Eyni zamanda hakim Kristian Serpa Maduronu "qeyri-səlahiyyətli" və "qeyri-qanuni" adlandırır.
Amerika kəşfiyyatından alınan məlumata görə, Maduronun ən üst səviyyə səlahiyyətlilərindən biri və müdafiə naziri Vladimir Lopes onun hakimiyyətdən əl çəkməyəcəyi halda istefa verəcəyini bildirmişdir.
Etiraz mitinqi Venesuela Milli asambleyasının spikeri Xuan Quaydo 8 yanvar tarixindədə Nikolas Maduronun qanuni yolla seçilmiş prezident kimi tanınmadığını bəyan etmiş və keçid hökuməti təşkil etməyi təklif etmişdir. O, Maduronun prezidentliyini qəsb etdiyini və ölkənin həqiqətən diktatorluq halına gəldiyini məclis adına bəyan edir. Quaydo hərbçiləri Konstitusiyaya riayyət etməyə çağırmışdır.
O, vəziyyətin ictimai müzakirəyə () açılaçağını bəyan edərək, bunu 11 yanvara təyin edir. Bu müzakirələr Karakas küçələrində bir mitinq formasını alır. Həmin gün yığıncaqda danışan Quaydo Venesuela Konstitusiyası əsasında özünü dövlət başçısı elan etməyi və Maduronun prezidentliyindən çıxarılması barədə məlumat verir. Eyni zamanda parlament Venesuela prezidentini "qəsbkar" elan edən qətnamə qəbul edir. Bundan sonra müxalifət 23 yanvarda ümummilli etiraz aksiyası təşkil etməyi qərara alır.
Maduro müxalifətin açıqlamalarına cavab olaraq, Milli Asambleyanın onun and içməsində iştirak etməyən deputatları “xain” adlandırır.
İkili hakimiyyət 250px|thumb|Nikolas Maduro 10 yanvar 2019-cu ildə Karakasda 2018-ci ilin may ayında keçirilən seçkiləri qazanan Nikolas Maduronun təntənəli andiçmə mərasimi keçirilir. Bu ölkə daxilində çox minli etirazlara səbəb olur. Venesuela müxalifətinin məlumatına əsasən 23 yanvarda əhali ilə polis və ordu arasında baş vermiş roqquşmalarda 13 nəfər ölmüş, 218 nəfər isə həbs edilmişdir. El Nacional tərəfindən verilən məlumata görə Milli Qvardiya döyüşçüləri nümayişçilərə qarşı Karakas metro stansiyalarından birində gözyaşardıcı qazdan istifadə etmışlər. Küçə hərəkat iştirakçıları ölkədə qeyri-qanuni seçkilərə, hökumətin son dərəcə səmərəsiz iqtisadi siyasətinə, hiperinflyasiyaya və kütləvi köçmələrə qarşı (4 milyona çatır) etiraz edirdilər.
Etirazçılar Xuan Quaydoya Nikolas Maduronun prezident elan edilməsi anında özünü prezident elan etməsinə çağırdı. Amma o, ordudan birmənalı dəstək gözlədiyini ifadə edərək, məsəlkəni gecikdirirdi. Əvvəllər bütün münaqişələrdə ordu Prezident hakimiyyətini dəstəkləmişdi.
250px|thumb|Xuan Quaydo