Xamis Məmmədov — qaydasız döyüş üzrə dünya çempionu, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi.

Həyat və fəalliyəti Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.

Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış Xamis Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Maraqlı faktlar Xamis Məmmədovun 2007-ci ildə döyüş sambosu üzrə açıq Dağıstan çempionatında Həbib Nurmaqomedov üzərindən tam qələbə qazanmışdır.

Ölümü Məşhur azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov 27 yanvar 2019-cu ildə vəfat edib. Gənclər və İdman Nazirliyi onun bir müddət əvvəl qripə yoluxduğunu və bu xəstəliyin şiddələnməsi səbəbindən öldüyünü açıqlayıb.

İstinadlar

Xarici keçidlər Xamis Memmedov (Qaydasiz doyush)

Kateqoriya:Sabirabad rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər