() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir.
Ekologiyası İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir. Torpağa tələbkar deyil, quraqlığa davamlıdır.
Azərbaycanda yayılması Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi Dekorativ çiçəklərə malikdir. Yarpağı töküldüyünə görə qış mövsümündə gözəl görünür.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax