() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir. Toxum vasitəsilə çoxalır. Lənkəran dağlarında (arabir), aşağı meşə qurşağında və başlıca olaraq talalarda rast gəlinir.

Yayılması İranın şimalında, Azərbaycanın cənub-şərqində — Astara və Lənkəran rayonları ərazilərində (Lənkəran ovalığı (Astara rayonu — Ələzəpin, Maşxan kəndləri; Lənkəran rayonu — Yuxarı Apu və Xanbulan kəndləri) və Lənkəran dağlıq hissəsi) və Türkmənistanın dağ rayonlarında yayılmışdır.

Ekologiyası Buasye armudu quraqlığa davamlı ağacdır. Daşlı-qayalı quru yamaclarda rast gəlinir.

İstifadəsi Qafqazda və Türkmənistanda armudun məhsuldar sortlarından üçün peyvənd kimi istifadə edilir. Bu növün adi armudla hibridləri vardır.

Sayı və tendensiyası İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər Gəmiricilər və quşlar tərəfindən meyvələri yetişmədən əvvəl yeyilir. Mal-qara tərəfindən otarılması təbii bərpanı çətinləşdirir.

Mühafizə tədbirləri Hirkan Milli Parkında mühafizə olunur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İran florası Kateqoriya:Qida bitkiləri Kateqoriya:Türkmənistan florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları