() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Təbiətdə növün arealı Krım, Qafqaz, Kiçik Asiya və İranı əhatə edir.

Botaniki xarakteristikası Hündürlüyü 1-1,5 m-dək olan kiçik ağacdır. Budaqları açıq boz, kiçik budaqları al qırmızı qonurdur, zoğları nazik, əsasən çılpaq və ya ancaq cavan budaqlarda tükcüklüdür. İynələri çox vaxt çoxsaylı, uzunluğu 5-12 mm, nazikdir. Yarpaqları nazik, uzunluğu 1,2-3 sm, eni 1-2,8 sm (uzunluğu 5,5 sm-dək və eni 3,5 sm), uzunsov-yumurtavari, bəzən enli-yumurtavari, 5-7 yerə bölümlü və ya dərin pərli, hissələri yumurtavari, küt, bəzən ucu biz, bünövrədən dişlidir. Çiçək qrupu sadə, çətirvari, 4-10 çiçəkli, çiçək saplağı çılpaq, uzunluğu 2-3.5 sm-dir. Çiçəklərin diametri 13-16 mm, ağ ləçəkli, kasayarpaqları uzun ucu-biz, meyvə yumurtalığı bəzən tüklüdür; erkəkcikləri 20; sütuncuğu 1, düzdür. Meyvələri uzunsov-ellipsvari, yumurtavari və armudvari, bəzən təxminən şarşəkilli, uzunluğu 9-12 mm, al qırmızıdır. Çəyirdəyi 1, arxa tərəfdə 2-3 şırımlı, yanlardan yığcam ön tərəfdən hamardır. May-iyun ayında çiçəkləyir. Sentyabr-oktyabr ayında meyvə verir.

Ekologiyası Münbit torpaqlarda yaxşı bitir, rütubət sevəndir.

Azərbaycanda yayılması Talışda təbii halda rast gəlinir.

İstifadəsi Yaşıllaşdırmada geniş istifadə olunur.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:1853-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Asiya florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər