() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yarpaqlı koldur. Çində yayılmışdır.

Botaniki xarakteristikası Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir. Meyvələri sentyabrda yetişir, uzunluğu 1,1 sm, diametri 0,6-0,7 sm, oval, parlaq tünd qırmızı, 2 çəyirdəklidir.

Ekologiyası -290C-dək şaxtaya davamlıdır. Nəmişli, gillicəli, yaxşı drenajlı torpaqlarda, günəşli yerdə asanlıqla becərilir. Məhsuldar olmayan torpaqlara dözür, əsasən yamaclarda bitir və quraqlığa davamlıdır. Havanın çirklənməsinə dözür.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda yayılmışdır.

İstifadəsi 1904-cü ildən mədəni şəraitdə becərilir. Parlaq yaşıl yarpaqları, tünd qırmızı meyvələri və payız yarpaqları ilə çox dekorativdir.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1912-ci ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Tibet florası