Narniya xronikaları () – ingilis yazıçı Klayv Steyplz Lyuis tərəfindən yazılmış 7 kitablıq fentezi roman seriyası. Uşaq ədəbiyyatının klassiklərindən biri və müəllifin ən çox tanınan işi hesab olunur. "Narniya xronikaları" 47 dilə tərcümə olunmuş və 100 milyondan çox nüsxəsi satılmışdır."CS Lewis, Chronicles of Narnia author, honoured in Poets' corner" . The Telegraph. Retrieved 24 February 2013"CS Lewis to be honoured in Poets' Corner" . BBC News. Retrieved 23 November 2012 Lyuis tərəfindən yazılmış, Paulina Beyns tərəfindən illüstrasiya olunmuş və Londonda 1950-ci ildən 1956-cı ilə kimi nəşr olunmuşdur. "Narniya xronikaları" əsasında radio verilişləri, teleserial, səhnəciklər və filmlər istehsal olunmuşdur.
Hadisələr mifik varlıqlar və danışan heyvanların yaşadığı, sehrin hökm sürdüyü fentezi dünyası olan Narniya adlı uydurma krallıqda baş verir. Hekayə bu dünyanın açılan tarixində mərkəzi rol oynayan müxtəlif uşaqların macəralarından söz açır. "At və onun oğlanı" romanından başqa bütün protaqonistlər real dünyadan olan və Narniyaya düşən uşaqlardır. Onlar bura şir Aslan tərəfindən Narniyanı şərdən qorumaq və tacı onun düzgün sahibinə qaytarmaq üçün çağırır. Hekayə Narniyanın bütün tarixini əhatə edir: "Sehrbazın qardaşı oğlu"ndakı yaradışından "Sonuncu döyüş"dəki məhv edilməsinə qədər.
Seriya üçün müxtəlif mənbələr ilham mənbəyi olmuşdur. Bundan əlavə, bir çox ənənəvi xristianlıq mövzuları, Yunan-Roma mifologiyası elementləri, eləcə də, ənənəvi Britaniya və İrlandiya pəri nağıllarından istifadə olunmuşdur.
Kitablar İkinci dünya müharibəsindən sonrakı uşaq ədəbiyyatına dərindən təsir etmişdir.
Arxaplan və konsepsiya Lyuis daha sonra "Narniya xronikaları" adlanacaq əsəri üzərində 1939-cu ildə işləməyə başlasa da, ilk kitabı "Şir, cadugər və paltar şkafı" 1949-cu ilə kimi tamamlaya bilməmişdir.Roger Lancelyn Green & Walter Hooper, C. S. Lewis: A Biography: fully revised & expanded edition. (2002), pp. 302–307. Hekayənin ilk kitabı, lakin yazılan son kitab "Sehrbazın qardaşı oğlu" 1954-cü ildə tamamlanmışdır. Lyuis kitabları onların nəşr olunma ardıcıllığı ilə yazmamışdır. Eləcə də, kitablar hekayə xronologiyası ardıcıllığına görə də nəşr olunmamışdır. Orijinal illüstrator Paulina Beyns Narniya kitabları üçün illüstrasiyalar çəkmişdir və bu illüstrasiyalar hazırkı nəşrlərdə də istifadə olunur. Lyuis saqanın sonuncu kitabı "Sonuncu döyüş"ə görə 1956-cı ildə Karnaqi medalına layiq görülmüşdür. Kitab seriyasını ilk dəfə "Narniya xronikaları" adlandıran şəxs yazışı Rocer Lanselin Qrin olmuşdur. O, bu ifadəni ilk dəfə 1951-ci ilin martında Lyuislə onun sonuncu tamamladığı, orijinal adı "Narniyada gecə" olan "Gümüş stul" kitabı müzakirə edərkən işlətmişdi.Green & Hooper, 2002, p. 311.
Lyuis "Hər şey bir şəkillə başladı" essesində "Şir, cadugər və paltar şkafı"nın mənşəyini belə açıqlamışdır:
İkinci Dünya müharibəsinin başlamasından qısa müddət sonra bir çox uşaq nasistlərin hava hücumundan qorunmaq üçün London və digər böyük şəhərlərdən kənd yerlərinə göndərilmişdir. Nəticədə, 2 sentyabr 1939-cu ildə Narqaret, Meri və KatarinaFord, 2005, p. 106. adlı 3 məktəbli qız Lyuisin Oksford şəhər mərkəzindən 3 mil şərqdə yerləşən evi olan Kilnsə köçmüşlər. Daha sonra Lyuis bildirmişdi ki, bu təcrübə ona uşaqlar haqqında yeni fikir formalaşmasına səbəb olmuşdur və sentyabrın axırında başqa bir əlyazmanın bir hissəsi kimi salamat qalmış bir kağız üzərində uşaq hekayəsi yazmağa başlamışdır:Owen Dudley Edwards. British Children's Fiction in the Second World War. 2007, p. 129.
"Hər şey bir şəkil ilə başladı"da Lyuis davam edir:
Lyuis Aslan üçün ilham mənbəyinin nə olduğu bilmədiyini müdafiə etsə də, Lyuisi araşdıran Cared Lobdell ilham mənbəyinin Çarlz Vilyamsın "Şirin yeri" əsərinin olduğunu bildirmişdir.
"Şir, cadugər və paltar şkafı"nın əlyazması 1949-cu ilin mart ayının axırında tamamlanmışdır.
Ad Narniya adı İtaliyanın Narni şəhərindən qaynaqlanır. Şəhərin latın dilindəki versiyası Narniyadır. Qrin yazır:
Nəşrolunma tarixi "Narniya xronikaları"nın yeddi kitabı 1956-cı ildən sonra davam nəşrlərlə birlikdə satılmağa davam etmişdir. İndiyə qədər 47 dilə tərcümə olunmuş və 100 milyondan çox nüsxəsi satılmışdır. Seriyanın hətta Brayl əlifbasına uyğunlaşdırılmış versiyaları da çıxmışdır.Glen H. GoodKnight. (2010). Narnia Editions & Translations. Last updated 3 August 2010 . Retrieved 6 September 2010.
İlk 5 kitab Böyük Britaniyada Cefri Bles tərəfindən nəşr olunmuşdur. "Şir, cadugər və paltar şkafı"nın ilk nəşri Londonda 16 oktyabr 1950-ci ildə buraxılmışdır. Bu zaman "Şahzadə Kaspian", "Sübh fatehinin səyahəti" və "At və onun oğlanı" kitabları tamamlanmış olsalar da, dərhal nəşr olunmamışdır. Daha sonra tamamlanacaq "Gümüş stul" kitabı ilə birlikdə ilbəil buraxılmışdır (1951–1954). Son iki kitab ("Sehrbazın qardaşı oğlu" və "Sonuncu döyüş") Böyük Britaniyada The Bodley Head tərəfindən 1955 və 1956-cı illərdə nəşr olunmuşdur.Peter J. Schakel, The Way Into Narnia, William B. Eerdmans, 2005, p 13.Ford, 2005, p 464.
ABŞ nəşretmə hüquqları ilk dəfə Macmillan Publisher-sə məxsus olmuş, daha sonra HarperCollins-ə keçmişdir. HarperCollins seriyanın bir cildlik tam versiyasını da nəşr etmişdir. Macmillan seriyanın kitablarını nəşrolunma ardıcıllığına görə nömrələsə də, 1994-cü ildə HarperCollins Lyuisin təklif etdiyi və hekayə xronologiyasına əsaslanan ardıcıllıqla kitabları nömrələmişdir.
İstinadlar
Xarici keçidlər BBC Religions saytında K. S. Lyuis başlığı Paltar şkafının sirləri, BBC News, 18 noyabr 2005
Kateqoriya:Fentezi kitab seriyaları Kateqoriya:Uydurmada paralel kainatlar Kateqoriya:Uydurmada cadugərlik Kateqoriya:Epik fentezi romanları Kateqoriya:Videooyunlara uyğunlaşdırılmış romanlar Kateqoriya:Ədəbi mübahisələr Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Teatra adaptasiya olunmuş Böyük Britaniya romanları