Volodimir Oleksandroviç Zelenski (və ya Vladimir; ; ) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır. Eyniadlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.
Həyatı 25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.
O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir. Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.
İncəsənət left|thumb|200x200px|Zelenski Praqada, 2009 Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır. Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.
Siyasət Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir. 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı. 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.
Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.
Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.
Avropaya inteqrasiyaya verilən töhfəyə və Avropa dəyərlərinin təşviqinə görə Avropa Xidmət Ordeni ilə mükafatlandırılıb.
Prezident seçkiləri left|thumb|200x200px|Zelenski və prezident İlham Əliyev 31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib. Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.
Şəxsi həyatı Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu. Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.
Filmoqrafiya
Film İlAd2009Böyük şəhərdə sevgi2011Ofis Romantikası. Vaxtımız2012Böyük şəhərdə sevgi 22012Rjevski Napoleona qarşı20128 ilk tarix2014Veqasda sevgi20158 yeni tarix
Televiziya İlAdQeydlər2008–2012SvatyProdüser2015Xalqın xidmətçisi2016Tantsi z zirkamy
TV layihələri thumb|200x200px|Zelenski I, You, He, She filminin qala gecəsində|right "Axşam rübündə" "Mübarizə klubu" "Cənab Cook" "Ukraynada İlin mahnısı" "Ofis romantikası" "Fort Boyard" "Ulduzlarla rəqs etmək" "XƏBƏRLƏR" "A-faktor" "Gülüş liqası"
Şəkillər
İstinadlar
Xarici keçidlər Vladimir Zelensky zekubiki Актер Зеленский раскритиковал СБУ из-за запрета сериала "Сваты" studiyo-95
Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Kinoprodüserlər Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:Ukrayna prezidentləri Kateqoriya:Volodimir Zelenski Kateqoriya:Aktyor-siyasətçilər Kateqoriya:Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Ukrayna kinorejissorları Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Ukrayna aktyorları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vladimir Putinə müxalifət Kateqoriya:Ukraynanın iş adamları