Plantagenetlər (, ) — XII–XV əsrlərdə İngiltərədə hökmranlıq edən fransız mənşəli kral sülaləsi. Müasir tarixçilər Plantagenet adını dörd fərqli kral evinə bölürlər: Anju ölkəsində hökmranlıq etmiş anvecinlər, 1154-cü ildə hakimiyyətə Matildanın oğlu və Anju qrafı V Joffrua Plantagenetin hakimiyyətə gəlməsi ilə İngiltərədə hökmranlığa başlayan plantagenetlər və plantagenetlərin iki kadet budağı olan lankasterlər və yorklar. Plantagenetlər İngiltərə taxt-tacında 1154-cü ildən III Riçardın döyüş zamanı VII Henri tərəfindən öldürülməsinə, 1485-ci ilə qədər hakimiyyətdə olmuşdurlar.
Plantagenetlərin hakimiyyəti altında İngiltərə yenidən quruldu. Plantagenet kralları Magna Carta imzalayaraq, kompromis və danışıqlar apardılar. Onlar maliyyə və hərbi dayaq vasitəsilə kral hakimiyyətini məhdudlaşdırdılar. Kral təkcə ölkədə ən nüfuzlu adam olmadı, həm də məhkəmə, feodal vergiləri və hərbi hakimiyyəti öz əlində cəmləşdirdi. İndi o, məhkəmə, hüquq və dövlət vəzifələrinə adamları özü təyin edirdi. Milli müxtəliflik nəticəsində fransızlar, şotlandlar, uelslilər və irlandlar arasında formalaşan münaqişə ingilis dilinin əsas dil olmasına zəmin yaratdı.
XV əsrdə İngiltərə Yüzillik müharibədə məğlub oldu və sosial, siyasi və iqtisadi problemlərlə qarşılaşdı. Bu da, çoxsaylı xalq üsyan və çıxışlarına gətirib çıxardı. Xüsusi qoşun toplamış ingilis zadəganları VI Henriyə xüsusi nifrət bəsləyir və onunla açıq düşmənçilik aparırdılar.
Plantagenetlərin iki kadet budağı olan lankasterlər və yorklar arasında 30 il davam edən Al qızılgül və ağ qızılgül müharibələri 1485-ci ildə Bosurt döyüşündə öz kulminasiyasına çatdı. Döyüş nəticəsində III Riçard öldürüldü, Henri Tüdor qalib gəldi və VII Henri adı ilə özünü İngiltərə kralı elan etdi. Bununla da, İngiltərədə Tüdorlar sülaləsi hakimiyyətə gəldi, Plantagenetlərin hakimiyyəti başa çatdı.
Etimologiya alt=Ancient depiction of the first Plantagenet King Henry the 2nd of England|right|thumb|II Henri (1154–1189) İngiltərənin ilk plantagenet kralı hesab edilir. 3-cü York hersoqu Riçard Plantagenet adını XV əsrdə öz ailəsinin adı kimi götürmüşdür. Plantegenetlər (və ya Plant Genetlər) XII əsrdə onun əcdadı Anju qrafı və Normandiya hersoqu Joffruanın ləqəbi olmuşdur. Bir çox məşhur nəzəriyyələr təklif edirlər ki, planta genista orta əsr latın dilində nəfəsotu bitkisinin ləqəbi olmuşdur. Al qızılgül və ağ qızılgül müharibələri zamanı Riçardın seçdiyi xüsusi ad məlum olmasa da, onun Joffrua nəslindən olması məlumdur. Joffruanın bütün kişi nəslindən olanlar üçün retrospektiv istifadəsi sonradan Tüdorlar sülaləsi dövründə populyar olub, bəlkə də Riçardın nəvəsi VIII Henriyə verdiyi daha da legitimliyi ilə dəstəkləndi. XVII əsrin sonlarında tarixçilər arasında bu ad ümumi istifadə olunmuşdur.
Tarixi
Sülalənin hakimiyyətə gəlməsi I Vilhelmin kiçik oğlu I Henri (1100–1135) mərkəzi hakimiyyəti möhkəmləndirmək siyasətini davam etdirir: kral hakimiyyətini, yustisariləri, kansleri, xəzinədarı və digər ali vəzifəli şəxsləri özündə birləşdirən kral şurası (kuriyası) böyük rol oynamağa başlayırБарлоу Ф. Вильгельм I и нормандское завоевание Англии / Пер. с англ. под ред. к. ф. н. С. В. Иванова. — СПб.: Евразия, 2007. — 320 с. — 1000 экз. — ISBN 978-5-8071-0240-1.. Xüsusi hakimlər təşkil olunur ki, onlar ölkəni gəzərək məhkəmələrin, vergi idarələrinin işinə nəzarət edirlər.
Artıq I Henrinin dövründə kral kuriyasının daxilində xəzinədarlıq – Şahmat lövhəsi palatası (; Palatadakı stolların üstü uzununa çəkilmiş xətlərlə bir neçə zolağa bölünmüşdü. Pul qablarını müəyyən qayda ilə həmin zolaqların üstünə düzür, yerlərini dəyişdirirdilər ki, bu da şahmat oyununu xatırladırdı)Steel, Anthony. The Receipt of the Exchequer, 1377–1485. Cambridge: Cambridge University Press, 1954.Thomas Madox, 1666–1727; Fitzneale, Richard, 1130–1198; Gervasius, of Tilbury, supposed author (1711/1769), History of the Exchequer Published 1769, etext on archive.org ayrılır və bu idarə şeriflərin maliyyə fəaliyyətini yoxlayır.
Mərkəzləşmənin bütün uğurlarına baxmayaraq, İngiltərədə ən iri maqnatlar krala qarşı çıxış etməkdən çəkinmirdilər. I Henrinin ölmündən (1135) sonra əsl feodal pərakəndəliyi baş verir. Kralın oğlu olmadığı üçün, onun qızı – Anju qrafı Joffrua Plantagenetin arvadı Matilda və bacısı oğlu, fransız feodalı Stefan qraf Blua hakimiyyətə iddia edirlər.
Hakimiyyət uğrunda mübarizədən istifadə edən feodallar ölkəni talan edir və mərkəzi hakimiyyətin nəzarəti altından çıxırlar. Feodal anarxiyasına yalnız 1153-cü ildə son qoyulur, həmin il kilsənin vasitəçiliyi ilə Stefan və Matilda saziş bağladılar. Sazişə görə, Stefan kral elan olunurdu, lakin onun vəfatından sonra hakimiyyətə Matildanın oğlu, Anju qrafı Henri Plantagenet gəlməli idi. 1154-cü ildə o, II Henri adı ilə kral oldu və XIV əsrin sonunadək ölkəni idarə edəcək Plantagenetlər sülaləsinin əsasını qoyur.
XII əsrdə sülalənin hakimiyyəti II Henri (1154 – 1189) öz hakimiyyəti altında geniş mülkləri birləşdirir: İngiltərədən başqa, Normandiya, Anju, Men, Turen, Puatu və Akvitaniya ona tabe idi. Bəzən Plantagenetlərin dövlətinə Anju imperiyası deyirdilər. Böyük maliyyə ehtiyatları olan və cəngavərlərə, şəhərlilərə, azad kəndlilərə arxalanan II Henri İngiltərədə feodal pərakəndəliyinə son qoydu, şerif vəzifəsinə isə xırda və orta feodalları təyin etməyə başladı.
Dövlətin mərkəzləşdirilməsində II Henrinin islahatları da böyük rol oynamışdı. Ilk növbədə kral məhkəməsini gücləndirmək üçün o, məhkəmə islahatı keçirir. Islahatın mahiyyəti ondan ibarət idi ki, hər bir azad adam müəyyən ödənc verməklə öz işini malikanə məhkəməsindən kral məhkəməsinə keçirə bilərdi. Malikanə məhkəməsində " Tanrı məhkəməsi" nin köməyilə işə baxılırdısa kral məhkəməsində işə andlılar baxırdı. Nəticədə senyor kuriyalarının nüfuzu aşağı düşür. Kral kuriyası bütün senyor məhkəmələri üçün ali apellyasiya orqanı olur. Lakin kral məhkəməsi villanlar üçün deyildi, onlar öz senyorlarının məhkəməsinə tabe idilər.
Kral kuriyasının məhkəmə səlahiyyətlərinin genişlənməsi kralın gəlirlərini xeyli artırdı. Lakin əhalinin müəyyən hissəsi kral hakimləri tərəfindən tətbiq olunan cərimələrdən əziyyət çəkirdi. Kral məhkəmələrinin məhkəmə praktikası prosesində ümumi hüquq (common law) – yəni bütün ölkə üçün kral hüququ işlənib hazırlanır; bu hüquq yerlərdə tətbiq olunan hüququ tədricən sıxışdırır.
II Henri həmçinin hərbi islahat da keçirir. Belə ki, kralın xeyrinə feodalların hərbi xidməti xeyli məhdudlaşdırılır (kiçik müddətlə), bunun əvəzində isə onlar xüsusi pul ödənci – " qalxan pulu " verməli idilər. Bu pulla kral cəngavərləri muzdlu xidmətə cəlb edirdi. Bindan başqa kralın göstərişi ilə hər bir azad əmlakına müvafiq silaha malik olmalı idi və kralın çağırışı ilə yürüşə hazır olmalı idi.
II Henrinin kilsə məhkəmələrini dövlətin nəzarəti altına almaq cəhdi uğursuz oldu. Bu zəmində o, ingilis kilsəsinin başçısı, Kentenberili arxiyepiskop Tomas Beketlə toqquşmalı oldu. Bu mübarizə gedişində Beket kralın gizli göstərişilə öldürüldü. Papa məsələyə müdaxilə edəndən sonra II Henri islahatsan əl çəkməli oldu.
İngiltərədə mərkəzi hakimiyyəti möhkəmlədən II Henri İrlandiyanın istilasına başladı. 1169-cu ildə ingilis baronları yürüşə çıxdı. Onların ilk uğurlarından sonra 1171-ci ildə kral özü İrlandiyaya gəldi və yerli klan başçıları onun hakimiyyətini tanıdı. Lakin faktik olaraq, ingilislər adanın cənub – şərq sahilboyu torpaqlarını ələ keçirdilər və burada " Peyl " (hərfən cəpərə alınmış) adlı rayon yaratdılar. Buradan ingilis cəngavərləri İrlandiyanın digər vilayətlərinə yürüş edirdilər.
II Henri İngiltərənin şimal qonşusu Şotlandiyanı da tabe etdirməyə cəhdlər edirdi. Davamlı sərhəd müharibələri gedişində o, şotland kralı Vilyam Levi əsir götürdü və 1174-cü ildə onu müqavilə imzalamağa məcbur etdi. Müqaviləyə görə Vilyam vassal andı içdi. Lakin kifayət qədər feodallaşmış və mərkəzləşmiş dövlət olan Şotlandiya tezliklə vassal asılılığından çıxdı. İngiltərəyə əks olaraq o, Fransa ilə yaxınlaşdı və sonralar (XIII – XIV əsrlərdə) antiingilis ittifaqında birləşdi.
Normandlılar və Fransadan gəlmələr İngiltərə əhalisi ilə dərhal çuğlaşmadı. XII əsr boyu krallar rəsmi aktlarda öz təbəələrinə müraciətdə " fransızlar və ingilislər " deyə müraciət edirdilər. Lakin XII əsrin sonuna doğru yerli əhali ilə normand istilaçıları arasında etnik və dil fərqləri faktiki yoxa çıxır. Fransız elementi təşəkkül tapmaqda olan ingilis xalqının etnik tərkibinə daxil olur və vahid əhali tipi yaranır. İngiltərə əhalisinin əsas hissəsinin – kəndlilərin, şəhərlilərin və feodalların böyük bir hissəsinin dili ingilis dili idi. Yalnız əyanlar, kral əshabələri və hüquqşünaslar fransız dilindən istifadə edirdilər. Dövlət idarələrində rəsmi dil latın və fransız dili idi.
XIII əsrdə sülalənin hakimiyyəti XIII əsrdə İngiltərənin iqtisadi həyatında xeyli dəyişikliklər baş verir: əkinçilik təkmilləşir, üçtarlalıq geniş yayılır. Meşələrin təmizlənməsi və bataqlıqların qurudulması nəticəsində əkin sahələri xeyli artır. Ingils yununa təlabatın Flandriyada və İtaliyada artması nəticəsində qoyuçuluğun sonrakı inkişafı gedir. Ümumi təsərrüfat yüksəlişi əhalinin 2,5 – 3 dəfə artmasına gətirib çıxarır.
Şəhərin kənddən ayrılması prosesi davam edir. XIII əsrin sonuna doğru İngiltərədə təxminən 280 — ə yaxın şəhər məskəni var idi. Şəhər əhalisinin sayı da artmışdı. XIII əsrin əvvəllərinə doğru daxili iqtisadi əlaqələr sabitləşir.
Orta əsrlərdə İngiltərənin iqtisadi inkişafının ən mühüm xüsusiyyətlərindən biri daxili əlaqələrin inkişafında kəndin böyük rol oynaması idi. Onların sürətli inkişafına kənd təsərrüfatı rayonlarının ixtisaslaşması mühüm təsir göstərir.
XIII əsrdə ingilis cəmiyyətinin əsas təsərrüfat və sosial özəyi manor olaraq qalırdı. XII əsrin sonundan başlayaraq manor bazar əlaqəərinə cəlb olunur. Bazara daha çox kənd təsərrüfatı məhsulu çıxarmaq üçün bu manorların sahibləri icma əmlakını da ələ keçirməyə çalışır və biyarı artırırdı. İri feodallar bu səbəbdən villanların şəxsi azadlıq qazanmalarına mane olurdular.
Eyni zamanda əmtəə — pul münasibətləri ingilis kəndində biyar təsərrüfatını dağıdan yenilikləri də doğururdu. Villanların daha az olduğu xırda manorlarda pul rentası üstünlük qazanırdı. Bu isə kəndliləri feodalların hündəlik nəzarətindən azad edirdi. Lakin fransız feodalından fərqli olaraq ingilis feodalları domen təsərrüfatından hələ əl çəkməmişdilər. Onlar villanların əməyindən də, muzdlu işçilərdən də eyni dərəcədə istifadə edirdilər.yəni XIII əsr ingilis kəndində 2 əks inkişaf meyli – mühafizəkar və mütərəqqi meyl nəzərə çarpır.
Əmtəə — pul münasibətlərinin təsiri altında XIII əsrdə iri feodallar – baronlarla, xırda feodallar – cəngavərlər arasında fərq xeyli dərinləşir. Bu, ilk növbədə onların əmlak və gəlirləri, təsərrüfat fəaliyyətinin xarakteri və siyasi mövqeyi ilə müəyyən olunurdu.
XIII əsrdə əmtəə — pul münasibətlərinə cəngavərlər daha intensiv cəlb olunurdu. Onların təsərrüfatında pul rentası üstün idi, muzdlu əməkdən də istifadə edilirdi. İngilis cəngavərlərinin böyük bir hissəsi hərbi zümrə xarakterini tədricən itirir və kənd sahiblərinə çevrilirdilər. Daxili bazarın inkişafında ümumi maraq onları şəhərlilərlə və varlı kəndlilərlə yaxınlaşdırırdı. Bunun müqabilində feodallar təbəqəsi İngiltərədə ümumilikdə qapalı zümrəyə çevrilmir: mənşəyindən asılı olmayaraq 20, bəzən 40 funt illik gəliri olan azad torpaq mülkiyyətçisi cəngavər adını alırdı və zadəganların tərkibinə daxil olurdu.
Feodal aristokratiyasını təşkil edən baronlar və prelatlar isə öz silki imtiyazlarını hakimiyyətər vəchlə saxlamağa çalışırdılar.
Daxili iqtisadi əlaqələr möhkəmləndikcə, feodal dövlətinin mərkəzləşməsi də güclənirdi. Lakin bu proses uzun sürən siyasi mübarizə ilə müşayiət olunmuşdur.