() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Qərbi Sibir, Orta və Kiçik Asiya, Avropadır.
Botaniki xarakteristikası Hündürlüyü 0,5–2 m olan, dağınıq çətirli, yarpağı tökülən koldur. Düz dayanan, şaxələnmiş budaqları üzərində tikanlar yerləşir. Yarpaqları xətvari-neştərvari və ya uzunsov-oval formalı olub, bünövrəsində daralmışdır. Mart-aprel ayında çiçəkləyir. Çəhrayı və ağ rəngli ətirli çiçəkləri yarpaqlarla eyni vaxtda açılır. Meyvələri iyun ayında yetişir. Meyvələrinin diametri təxminən 2,5 sm, uzunluğu 1–2 sm-dir, yumurtaşəkilli, sıx boz rəngli, cod tüklərlə örtülmüş olur.
Ekologiyası Quraqlığa, istiyə, küləyə davamlıdır. Torpağa tələbkar deyildir.
Azərbaycanda yayılması Böyük Qafqazda təbii halda rast gəlinir. Azərbaycanda mədəni şəraitdə bir çox rayonlarda becərilir.
İstifadəsi Çox dekorativ bitkidir. Qrup və tək əkinlərdə bordürlərin, massivlərin, alt təpəciklərinin dekorasiyası, quru daşlıq sahələrin və yamacların yaşıllaşdırılmasında geniş istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Badam Kateqoriya:Əfqanıstan florası Kateqoriya:İran florası Kateqoriya:Mərkəzi Asiya florası