T-64 — 1960-cı illərin başlarında istehsalına başlanılmış SSRİ mənşəli əsas döyüş tankı olub, T-72 tankları ilə paralel dizayn xüsusiyyətlərinə malikdir və SSRİ xaricinə ixrac edilməmişdir. 1985-ci ildə T-72B modeli çıxana qədər bir çox baxımdan T-72 tanklarından üstün olmuşdur. T-80 tankları bu tank modeli əsasında istehsal edilmişdir. Hal-hazırda Rusiyanın ən müasir tankı hesab edilən T-90 tankları isə T-72 tanklarının modeli üzərində istehsal edilmişdir.

Bu tank ikinci nəsil əsas döyüş tanklarının ilki olub, o zamankı, NATO qüvvələrinə məxsus olan əsas döyüş tankları olan M48 Patton, M60 Patton, Centurion, Chieftain, AMX-30 tanklarından həm zireh qorunmasına, həm də atəş gücünə görə onlardan çox güclü idi. Tankın zirehi şüşə tərkibli plastik və poladdan ibarətdir ki, bunun da ümumi qalınlığı 450 mm edir. Gövdə & tank qülləsi - 370 mm-dən 440 mm-ə qədər APFSDS mərmilərindən və 500 mm-dən 575 mm-ə qədər HEAT mərmilərindən qorunma xüsusiyyətlərinə sahibdir. Tankın zirehinə istəyə görə ERA plitələri də əlavə etmək mümkündür.Soviet Tank Programs page 12 published by the CIA under the Freedom of Information Act

Ümumi baxış

300px|thumb|Saratovda nümayiş etdirilən T-64 tankı

T-64 tankı Xarkovda T-54 tanklarının konstrukturu olan Aleksandr A. Mozorov tərəfindən daha üstün bir tank olaraq dizayn edilmişdir. Tankın maksimal sürəti versiyalarına görə 45–60 km/saat (28-37 mil/saat) arasında dəyişir. Güc/çəki nisbəti 18,4 at gücü/ton (13,7 kVt / ton) təşkil edir. Hərəkət mənzili daxili yanacaq çənləri ilə 500 km, xarici yanacaq çənləri ilə birlikdə isə 700 km təşkil edir. Tankın çəkisi 38 ton, uzunluğu 6,54 m, eni 3,60 m, hündürlüyü isə 2,172 m təşkil edir. Tankın mühərriki 5-silindirli 700 at gücündə (522 kW) olan dizel mühərrikidir.T-64A Main Battle Tank Kharkiv Morozov Machine Building

Əsas xüsusiyyətlərindən biri öz dövrünə görə kifayət qədər iriçaplı olan 125 mm-lik D-81T topu idi. Topda həm dünyada, həm də SSRİ-də ilk dəfə olaraq, avtomatik doldurulma sistemi tətbiq edilmişdir ki, bu xüsusiyyətdə bu tankı dünyanın digər tanklarından əsaslı sürətdə fərqləndirirdi. Bunun nəticəsində tankın ekipajı doldurucuya ehtiyac qalmadığından 4 nəfərdən 3 nəfərə (tank komandiri, silahçı, sürücü) enmişdir. Bu tankın avtomatik doldurma sistemi tanka həm üstünlüklər bəxş edirdi, həm də tankın bəzi qüsurlarına səbəb olmuşdur. Belə ki, tankın avtomatik doldurulma sistemi ilə təchiz olunması tankın tank qülləsinin 360 dərəcə sursatla əhatələnməsinə səbəb olmuşdur. Bunun sayəsində tank qülləsinə gələn bir atəşlə tank vurula bilirdi. Həmçinin tankın avtomatik doldurulma sistemi primitiv olduğundan bəzən ilişmələrə də, səbəb olurdu. Bu da, bir tank üçün döyüş meydanlarında ən arzuolunmaz hallardan biridir. Bu xüsusiyyət həmçinin tankın ağırlığının və həcminin böyüklüyünün azalmasına səbəb olmuşdur. Tankın köməkçi silahı düşmən piyadaları üçün nəzərdə tutulmuş olan 7.62 mm-lik cütləşdirilmiş NSVT pulemyotu və hava hücumlarından müdafiə üçün nəzərdə tutulmuş olan 12.7 mm-lik PK pulemyotudur

Ayrıca olaraq bu tank SSRİ tank texnologiyasına rəhbərlik etmişdir. 1967-ci ildə 125 mm-lik topla təchiz edilmiş ilk T-64A tanklarının istehsalına başlanılmışdır. Bundan sonra 1976-cı ildən başlayaraq T-72 tanklarında da istifadə edilmiş tank əleyhinə döyüş raketləri atmağa qadir olan 2A46 topuna sahib olan T-64B modelinin istehsalına başlanılmışdır.

T-64 tankları əsas götürülərək qaz-turbin mühərrikləri ilə təchiz edilmiş olan T-80 tankları istehsal edilmişdir. T-64 tanklarının tank qülləsi isə Ukrayna istehsalı olan T-80U və T-80UD tanklarında istifadə edilmişdir. Ayrıca olaraq T-64 tanklarının dizel mühərriyinin daha müasir bir versiyası ilə yenə də Ukrayna istehsalı olan modernləşdirilmiş T-80UD və T-84 tanklarının atası hesab edilən T-80 tanklarının gövdəsinə güc verəcək şəkildə istehsalına başlanıldı.

T-54/T-55 və T-72 tanklarının əksinə olaraq bu tankların SSRİ sərhədlərindən kənara ixracı həyata keçirilməmişdir. Bu tanklar sadəcə olaraq Şərqi Avropada xidmət edən SSRİ elit zirehli qoşun birliklərinin xidmətinə verilmişdir. İlk dəfə olaraq bu tanklar Şərqi Almaniyada xidmət edən SSRİ hərbi birliklərinə verilmişdir. Sonrakı illərdə SSRİ daxilində olan ölkələrə paylanılmışdır.

Tarixi

1961-ci ilin sonunda “Obyekt 432” üçün texniki layihə qəbul edildi, 1962-ci ilin sentyabrında isə tankın ilk prototipləri hazır oldu. 1962-ci ilin oktyabrında Kubinka poliqonunda dövlətin rəhbərlərinə tank nümayiş etdirildi. Digər tanklarla müqayisədə, bu tank tam fərqli idi. Hərbçilərinin reaksiyasının birmənalı olmamasına baxmayaraq, tankın gələcək inkişafı təsdiqləndi. Xaricdən tank, xoş görünüşü olan zərif geyimli bir qadın kimi çox təsirli görünürdü. Tankın ilk versiyalarını nəzərdən keçirərkən baş konstruktor Morozov əli ilə çertyoj üzərində xətt çəkərək tırtıl üzərində yerləşən yanacaq çənlərinin çıxıntılarını kəsdi. O, “tankda hər şey gözəl olmalıdır” sözlərini də əlavə etdi.

“Malışev zavodu”nda dövlət sınaqlarına təqdim edilmək üçün tankların eksperimental partiyası hazırlanır. Maşın hər elementi ilə praktiki olaraq yeni olsa da, zavod sınaqları prosesində, yükləmə mexanizmində, hərəkət edən hissədə, mühərrik və onun sistemlərində çox sayda qüsur və çatışmamazlıqlaraşkar edildi. Buna görə də bir sıra taktiki və texniki tələblər (TTT) yerinə yetirilmədi. Layihə tamamlandıqdan və çatışmamazlıqlar aradan qaldırdıqdan sonra tank 1963-cü ildə yenidən dövlət sınaqlarına təqdim edildi. Lakin bu tədbirlər kifayət etmədi, TTT qarşılanmadı və tank tam sınaq dövrünü tamamlaya bilmədiyi üçün silahlanmaya qəbul edilmədi.

Buna baxmayaraq, baş konstruktorun sənədlərinə əsasən 1964-cü ildə ilk partiyanın istehsalına başlamaq qərarına gəldilər. Tanklar təcili istismar üçün qoşunlara göndərildi, qüsurlar aşkar edildi və aradan qaldırıldı. Layihə yekunlaşdı və 1966-cı ilin oktyabrında təkrar dövlət sınaqlarına təqdim edildi. Onlar müvəffəqiyyətlə başa çatdı və 1966-cı ilin dekabr ayında T-64 tankları silahlanmaya qəbul edildi.

Qeyd etmək lazımdır ki, tankın kütləvi istehsalı hərbçilərin iradəsinin əksinə olaraq başladığına görə onlar təbii ki, bu maşının tərəfdarı olmadılar. Onun tank qoşunlarında tətbiqi ciddi texniki və təşkilati dəyişikliklər tələb edirdi. Ordudakı əsaslı yeni bir maşının tətbiqinə müqavimətin əsaslarından biri də bu idi.

1964-cü ildə T-64 tankı dərin bir modernləşmədən keçdi. 125 mm çaplı silahla təchiz edilən tankın bir çox sistemi dəyişdirildi. Hərbi sınaqlar uğurla keçdi və 1968-ci ilin may ayında T-64A tankı kimi silahlanmaya qəbul edildi. Bu yeni nəsil tankı idi və əvvəlkilərdən çox fərqli idi. Bu tank öz zamanı üçün çox yeni idi, hər hansı bir yenilik isə tam tətbiq edilmək üçün vaxt tələb edir. T-64-ün üstünlükləri və çatışmamazlıqları onsuz da tam analiz edilib. Lakin bəzilərində dayanmaqda fayda var.

TPD-2-49 nişangahının " “əlli beşinci” modelin sadə nişangahından fərqli olması və “qeyri-tank” performansı və xüsusiyyətləri ilə mükəmməl görünürdü.

Tankın ən problemli üç hissəsi vardı: mühərrik, yükləmə mexanizmi və bir də hərəkətli hissə. T-64, T-72 və T-80 tanklarına diqqətlə baxdığınızda, onlar dəqiq olaraq bu detallara görə bir-birindən fərqlənirlər. Onların digər detalları - toplar, silahlar, nişangahlar, elektronika - demək olar ki, hər şeyi eynidir. Mütəxəssis olmayan şəxsin onları ayırd etməsi çətindir.

Əksər problemlər T-64 tanklarının mühərriki ilə bağlı idi, onların aradan qaldırılması və inkişafı üzərində iş çox uzun zaman aldı. Bu mühərrik sıfırdan yaradıldı, heç bir texnologiya, heç bir təcrübə yox idi. Tədqiqatlar zamanı ortaya çıxan problemlərin bir çoxunun həlli üçün digər sahələrdən - metal, keramika, yağ və s. üzrə mütəxəssislər də cəlb etmək lazım gəlirdi. Porşen qrupunun dinamikası üzrə tədqiqat aparmaq üçün zəruri qərarlar bəzən “sınaq-səhv” metodundan istifadə edilirək verilirdi.

Mühərrikin baş konstruktoru Çaromski nəzərdə tutulan xüsusiyyətlərə malik təcrübə nümunəli mühərrik hazırladı. Ona 580 at gücü kifayət etmədi və 700 at gücündə yeni 5TDF mühərrikini hazırlamaq ehtiyacı yarandı. Mövcud problemlər üzərinə yeni problemlərin əlavə edilməsi, bu mühərrikin yaradılmasının mümkünsüzlüyü təəssüratını yaradırdı.

Sonra Çaromski mühərriklə məşğul olmaq istəmədi və 1959-cu ildə təqaüdə çıxaraq Moskvaya döndü. Onun əvəzinə, baş dizayner Qolinets təyin edildi. Qadın düşkünü olan baş dizaynerin rəhbərliyi altında mühərrik üzərində iş ciddi şəkildə yavaşladı. 1973-cü ildə T-72 silahlanmaya qəbul edildikdən sonra Moskvadan dönən Morozov müvəffəqiyyətsizliklərə görə “mənəvi tənəzzülə” uğrayan Qolinetsi ittiham edərək onu vəzifədən azad etdi.

Bütün bu problemlərə baxmayaraq, mühərrik normal vəziyyətə gətirildi və gələcəkdə “Bokser” tankında bu mühərrikin 1200 at gücünə malik olan modifikasiyasından istifadə edildi. Problemlər həll olunurdu, lakin zaman keçsə də tank “ayağa qalxmırdı”. Tamamilə gözlənilməz problemlər də var idi. Qoşunun istismar sınaqlarının keçirildiyi bölmələrindən biri iynəyarpaq meşədə yerləşirdi. Az müddətdən sonra tanklar sıradan çıxmağa başladı. Məlum oldu ki, şamın iynələri soyutma sisteminin fəaliyyətinə mane olur. Nəticədə yüksək hərarət mühərriki sıradan çıxarır. Bunu aradan qaldırmaq üçün bütün tanklar zavoda qaytarıldı və mühərrik böməsinin soyutma torunun yeri üst tərəfə dəyişdirildi.

T-72-də nə üçün yeni bir avtomat doldurma mexanizmi ortaya çıxdı?

Mexanizm seçimi sursatın növü ilə tənzimlənirdi. Mexanizm istehsalın əvvəlində unitar idi. Nəticədə, onu yanan gilizdən və altlıqdan ayrılıqda hazırladılar. Onun mexanikləşdirilən bölmədə yerləşdirilməsi versiyası da uzun zaman müzakirə edildi. Görüşlərin birində kimsə onu dirsəkdən əyilən bir qol kimi təklif etdi. Beləliklə kabin tipli doldurucu mexanizm yarandı.

Bu variant qəbul edildikdən sonra sürücü mexanikin təcili evakuasiyası məhdudlaşdı. Problem salonda bir dəlik açılaraq həll edildi. Lakin bu tankın topunun istiqamət kursu üzərində tuşlandığı halda mümkün idi. Digər bir problem altlıq tələsi ilə bağlı idi. Tez-tez sıradan çıxan fiksasiya sensoru da doldurma prosesini dayandırırdı. Bu problemlər sonradan həllini tapdı. Lakin hərbçilər avtomat doldurma mexanizmini qəbul etmək istəmirdilər. T-72 tanklarında primitiv və sadə davrandılar. Alltı ədəd mərmi konveyerdən çıxarılaraq sursatlar və gilizləri bir-birinin üstünə qoyuldu. Tələ ləğv edilsə də, altlıq çölə atılırdı. TTT görə isə tank döyüşdə hermetikliyini itirməli deyildi.

O dövrdə nüvə silahından istifadə şəraitində müharibə apamaq üçün tələblər ciddi surətdə nəzərdə saxlanılırdı. Hərbçilər atəş zaman tankın hermetikliyinin pozulmasına və sursat dəstinin 28-dən 22-yə qədər azalmasına göz yumdular. Əsas, avtomatik sursat doldurma mexanizminin yarasız olmasını əks tərəfə sübut etmək idi.

Hərəkətli hissə ilə bağlı problemlər

Bu illər ərzində hansı hərəkətli hissənin daha yaxşı və ya daha pis olması barədə bir çox müzakirələr aparıldı. T-64-də yerləşdiriləcək növün seçilməsində əsas meyarın onun çəkisi olduğunu dərhal demək mümkündür. TTT görə tankın çəkisi 34 tondan çox olmamalı idi, onsuz da əvvəldən mühərrikin problemi mövcud idi və onun gücü yetərli deyildi. Buna görə də Morozov tank üçün hərəkət imkanlarının vacibliyini anlayaraq, 34 tonluq şassi seçimini sona qədər müdafiə etdi. Bu tip hərəkətli hissənin də təbii ki, çatışmamazlıqları vardı. Onlar aradan qaldırılsa da, çəki tələbinə ciddi şəkildə riayət olundu.

Xüsusiyyətlər və çəki arasındakı dilemma daim gündəmdə idi, çünki başqa hərəkətli hissənin qəbul edilməsi tankın kütləsini iki ton artırırdı. T-72-də və T-80-də buna razı oldular, T-64-də isə yüngül hərəkətli hissəyə üstünlük verildi.

Əlbəttə ki, çəki və ölçülərə dair bu cür məhdudiyyətlər çərçivəsində bütün tələbləri yerinə yetirmək çətin idi. Lakin rəhbərlik hesab edirdi ki, bununla barışmaq lazımdır. Kostenkonun kitabında Morozovla ünsiyyətdə olduğu zaman onun belə bir məhdudiyyətlərin doğru olmadığını dolayısı ilə qəbul etdiyi qeyd olunurdu, lakin bu artıq tarixin mülkiyyətində olan faktlardır.