() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Şimali Çin və Şimali Monqoliyadır.
Botaniki xarakteristikası Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Ekologiyası Quru və otlu yamaclarda, çəmənlərdə, qumlu yerlərdə, qayalarda bitir.
Azərbaycanda yayılması Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi Digər kol klematislərindən fərqli olaraq onun gövdələri qışda məhv olmur. Yaşıllaşdırmada istifadə oluna bilər.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax