Zaur Rafik oğlu Əliyev () — Azərbaycan dövlət xadimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri."Z. R. Əliyevin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli, 3222 nömrəli Sərəncamı. e-qanun.az Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini.
Həyatı Əliyev Zaur Rafik oğlu 5 mart 1981-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur.
Evlidir, üç övladı var.
Təhsili 2000–2003-cü illərdə "East Anglia" universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil almışdır.
2003–2009-cu illərdə "Ernst & Young" şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləmişdir.
"London Business School" (London şəhəri, Böyük Britaniya), "Harvard Business School" (Boston şəhəri, Birləşmiş Ştatlar) və "IE Business School" (Madrid şəhəri, İspaniya) tərəfindən keçirilmiş təlimlər də daxil olmaqla, bir sıra peşəkar təlimlərdə iştirak etmişdir.
Fəaliyyəti 2010–2015-ci illərdə "PAŞA Holdinq" MMC-də və "PAŞA Sığorta" ASC-də müxtəlif rəhbər vəzifələrdə işləmişdir.
İxtisaslaşmış Sertifikatlı Mühasiblər Assosiasıyasının (London şəhəri, Böyük Britaniya) üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir"Z. R. Əliyevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 1474 nömrəli Sərəncamı. e-qanun.az .
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 sentyabr tarixli 3222 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Müşahidə Şurasının sədri təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2023-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası"nın üzvü təyin olunub.
18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.
7 aprel 2026-ci ildə AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilmişdir.
Təltifləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.Agentliyin İdarə Heyətinin sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0214t nömrəli 24 dekabr 2020-ci il tarixli əmri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.
İstinadlar
Kateqoriya:Paşa Holdinqin işçiləri Kateqoriya:Azərbaycanın dövlət xadimləri