() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür. Kök və gövdə qələmləri, zoğlarla çoxaldılır.

Ekologiyası Yarımkölgəyə dözür, ancaq yaxşı çiçəkləməsi üçün günəşli yer tələb edir. Kampsis işıqsevən və istisevəndir. -2-5°C-dək qısamüddətli şaxtalara dözür. Zəngin, orta miqdarda nəmişli torpaqda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Böyük Qafqazda təbii və mədəni şəraitdə rast gəlinir.

İstifadəsi Çəpərlərin şaquli yaşıllaşdırılmasında istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Koreya florası Kateqoriya:Çin florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Yaponiya florası