Hüquqlardan sui-istifadə — mülki hüquqda şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hüquqlara münasibətdə istifadə olunur. Hüquqlardan sui-istifadə edən şəxs öz hərəkətləri ilə dəymiş zərərə görə məsuliyyət daşıyır. Bu qrupa vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınmanı aid etmək olar. Bu prinsip presedent hüququnda formalaşmışdır. Müvafiq prinsip "hüquqdan istifadə edən kəs heç kimə zərər vermir" klassik nəzəriyyəsindən fərqlənir və özündə "sui-istifadə başladıqda hüquq başa çatır" () maksimasını əks etdirir.Marcel Planiol, Traité élémentaire de droit civil, 11th edn., No. 871, 1939.

Qanunvericilikdə təsbiti Hüquqlardan sui-istifadə prinsipi Alman Mülki Məcəlləsində təsbit olunmuşdur. §226-da qeyd edilmiş müddəaya görə:

İsveçrə Mülki Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki:

Filippin Mülki Məcəlləsinin 19, 20 və 21-ci maddələrində qeyd olunur ki: Maddə 19: Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir. Maddə 20: Qanuna zidd olaraq qəsdən və ya ehtiyatsızlıqdan başqasına zərər vuran hər kəs dəymiş zərəri ödəməlidir. Maddə 21: Əxlaq və ictimai qaydalara zidd şəkildə başqasına qəsdən zərər və ya ziyan vuran hər kəs dəymiş zərəri ödəməlidir.

Şərtlər Doktrinanın mövcud olması üçün dörd şərtdən ən az biri tələb olunur:

hüququn həyata keçirilməsi üçün başlıca motiv zərər vurmaqdır; məhkəmə müdafiəsinin həyata keçirilməsi üçün heç bir ciddi və qanuni maraq yoxdur; hüququn həyata keçirilməsi contra bonos moresdir, yaxud vicdanlılığı və ya adi ədaləti pozur; hüquq, qanuni məqsəddən daha çox başqa məqsədlər üçün həyata keçirilir.

Bu prinsip ümumi hüquq sistemli dövlətlərdə mövcud deyil.

Şotland hüququnda (burada qarışıq sistem (roman-german və ümumi hüquq) mövcuddur) hüquqdan sui-istifadə aemulatio vicini adlanır.

Həmçinin bax Vicdanlılıq Qısnama

İstinadlar

Kateqoriya:Roman-German hüquq sistemi Kateqoriya:Hüquqi terminlər