Hüseyn Rauf Orbay (), türk əsgəri, siyasətçidir. Osmanlı İmperatorluğunun son dövrdə qurtuluş müharibəsində və Türkiyə Cümhuriyyəti dövrlərində mühüm işlərdə rol oynamışdır. İtaliya-Osmanlı müharibəsi və Balkan müharibələrində göstərdiyi uğur səbəbindən "Həmidiyə qəhrəmanı" kimi tanınmışdır. 1918-ci ilin oktyabr ayında Osmanlı İmperiyasının Dəniz Qüvvələri naziri kimi xidmət göstərməyə başlamışdır.
Həmidiyə hərəkatı I. Balkan Müharibəsi sırasında Yunan donanması Çanaqqalanı mühasirəyə almışdı. Rauf Bəyin idarəsindəki Həmidiyə gəmisi mühasirədən çıxmağı bacararaq Aralıq dənizinə açıldı. Tarixdə ilk pirat kreyser əməliyyatlarını gerçəkləşdirdi. 7 ay 24 gün süren hərəkat bütün Aralıq dənizini, bəzən isə Qırmızı dənizi də əhatə edirdi. Hərəkat boyunca Həmidiyə Serbiyada hərbi təsisləri bombaladı, düşmənin donanma ve ticarət gəmilərini batırdı, Çanaqqala ağzındaki Yunan təzyiqini azaltdı. Bütün dünya mediasının günbə-gün izlədiyi hərəkat Osmanlı İmperiyası cəhətdən böyük bir təbliğat nailiyyəti qazandırdı.
Kateqoriya:TBMM I çağırış deputatları Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:Türkiyə baş nazirləri Kateqoriya:Maltaya sürgün olunanlar Kateqoriya:Türkiyə milliyyətçiləri Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsi iştirakçıları Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri Kateqoriya:Təşkilati Məxsusə Kateqoriya:İstanbul ilinin deputatları