Tofiq Hüseyn oğlu Axundov (; ) — Azərbaycan əsilli rusiyalı sirk artisti və heyvan təlimçisi. Rusiyanın və Azərbaycan SSR xalq artisti.Bakı sirkinin əsrarəngiz Novruz hədiyyəsi // Medeniyyet.az
Həyatı Tofiq Axundov 28 noyabr 1941-ci ildə Bakı şəhərində rəssam və aktyor Hüseyn Axundovun ailəsində anadan olub.
1965-ci ildə Dövlət Sirk və Estrada Sənəti Məktəbini bitirib. Elə həmin ildən də "Rosqossirk"də işləməyə başlayıb. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə "Rəqs edən begemotlar" proqramı ilə dünyanın 30-dan artıq ölkəsində çıxış edib. 2011-ci ilin martında Bakı Dövlət Sirkinin dəvəti ilə Tofiq Axundov Bakıda da konsert proqramı ilə çıxış edib.
Mükafatları Rusiya Federasiyasının əməkdar artisti (RF Prezidentinin fərmanı, 23.12.2001 № 1473). Rusiya Federasiyasının xalq artisti (RF Prezidentinin 21 mart 2012-ci il tarixli 315 saylı fərmanı). Azərbaycan SSR xalq artisti (17 may 1989)
İstinadlar
Xarici keçidlər Шоу бегемотов" Тофик Ахундов: "Мои бегемоты счастливы"
Kateqoriya:Heyvan təlimçiləri Kateqoriya:Sirk artistləri