Yuxarı Vyenna (, ) — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun depatametlərindən biri. Sıra nömrəsi — 87. İnzibati mərkəzi — Limoj. Əhalisi — 384 781 nəfər (departamentlər arasında 64-cü yer, 2010-ci ilin məlumatları).
Coğrafiyası Ərazisi — 5520 km². Departamentin ərazisində Vyenna və Şaranta çayı axır.
Departamentə 3 rayon, 42 kanton və 201 kommun daxildir.
Tarixi Yuxarı Vyenna — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı dövründə yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Limuzen əyalətinin ərazisində yerləşir. Adı Vyenna çayından gəlir.
Qalereya
Xarici keçidlər Préfecture Conseil général
Kateqoriya:Fransa departamentləri