Misir–Yaponiya münasibətləri (; ) — Misir ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Misir səfiri Yaponiya ilə olan münasibətləri "çox güclü dostluq" kimi təsvir etmişdir. Hər iki ölkədə qarşılıqlı səfirliklər fəaliyyət göstərir. Retrieved May 4, 2009. Hər iki ölkə arasında güclü ticarət əlaqələri var.Japan and Egypt open up Retrieved May 4, 2009.
Tarix İki ölkə arasındakı münasibətlərin tarixi XIX əsrə qədər gedib çıxır. Lakin müasir münasibətlərin əsası 1922-ci ildə qoyulmuşdur. Həmin il Yaponiya Misirin müstəqilliyini tanımışdır. Bundan sonra ölkələr arasında səmimi münasibətlər davam etmişdir. Diplomatların qarşılıqlı səfərləri baş tutmuşdur. 1995-ci ildə Yaponiya baş naziri Tomiiçi Murayama Misiri, 1983, 1995 və 1999-cu illərdə isə Misir prezidenti Hüsnü Mübarək Yaponiyanı ziyarət etmişdir. Retrieved May 4, 2009.
1998-2002-ci illərdə Yaponiya Misirə 3,5 milyard ABŞ dolları pul vermişdir. 2002-ci ildə Misir ilə Yaponiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard ABŞ dollarına çatmışdır. Yaponiya Krallar vadisinə ambulanslar, bir körpü və ziyarətçi mərkəzi vermişdir.
2009-cu ilin oktyabrına olan məlumata görə 1051 Yaponiya vətəndaşı Misirdə yaşayır. 2009-cu ildə 90.000 yapon Misiri, 2007-ci ildə 35.000 misirli Yaponiyanı ziyarət etmişdir.
Diplomatika Yaponiya Misiri Orta Şərqdəki əsas dövlət kimi, eləcə də, regiondakı diplomatiyanın əsas açarı kimi görür. Hər iki dövlətin dövlət başçıları Orta Şərqdə sülhün əldə olunması üçün bir-birilərini dəstəkləmişdirlər.
Hər iki dövlət qarşılıqlı maraqları qorumaq üçün "Birgə komitə" təşkil etmişdirlər.
İstinadlar
Xarici keçidlər Misirin Yaponiyadakı səfirliyi Yaponiyanın Misirdəki səfirliyi
Kateqoriya:Misir–Yaponiya münasibətləri