Lena Qlaz (; ) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982).
Həyatı 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür.
Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub.
Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir.
İstinadlar
Xarici keçidlər FIDE Chess profili Lena Glaz. Chessgames.com Lena Glaz. 365Chess.com
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:İsrail şahmatçıları Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Yerusəlim Yəhudi Universitetinin məzunları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:SSRİ-dən İsrailə mühacirət edənlər Kateqoriya:Azərbaycanın qadın şahmatçıları