Mo dağı (; xalq arasında "Dəyirman daşı dağı") (Mo təpəsi, Moşan kimi də tələffüz oluna bilər) — Tarix boyunca Mo'er dağı () və Lonq dağı () adı ilə tanınmış, Şərq gölünün cənub sahillərində yerləşən tarixi və mədəni əhəmiyyətə malik dağ. Dağ Çinin Hubey əyalətinin Vuan regionunun Honşan rayonunun AAAAA Çin Turist Atraksiyonları ərazisində yerləşir.

Etimologiyası Mo dağı birləşməsindəki Mo hissəciyi tərcümədə dəyirman daşı mənasına gəlir. Dəyirman daşı kimi yumru olduğuna görə dağ bu cür adlandırılmışdır.

Tarixi Bir neçə yüz il əvvəl Lonq dağı kimi də tanınan Mo dağı Faua məbədinin ərazisində yerləşirdi. Məbəddə bir neçə yüz rahib çalışırdı. Ağcaqanadlar vasitəsilə insanlara keçən xəstəliklər və epidemiyalar yayıldıqdan sonra məbəd tamamilə tərk edilmişdir.东湖史话 page 97

1954-cü ilin yazında Zu De Mo dağına səfər gerçəkləşdirmişdir. Səfər ərəfəsində general və siyasətçi olan De burada üzərində "东湖暂让西湖好,今后将比西湖强" sözləri yazılmış kitabə inşa etdirməyi əmr etmişdir. Kitabə üzərinə "Şərq gölü Qərb gölü qədər yaxşı olmaya bilər, lakin bu, Qərb gölündən daha güclü olacaq" kimi tərcümə olunan ifadə həkk olunmuşdur.

22 iyun 1999-cu il saat 19:35-də Mo dağında yerləşən yeddi yüzə yaxın ağac külək nəticəsində Şərq gölünə yuvarlanmışdır. Bu hadisə hələ də müəmmalı və paranormal hadisə olaraq qalır. Ehtimal var ki, bu hadisə uçan naməlum obyektlərin fəaliyyəti nəticəsində baş vermişdir.东湖磨山倒树之谜 今日湖北 Hubei Today Monthly September 1999 page 10

2004-cü ildə Moşan Yaşayış Massivi (磨山社区) Quanşan rayonundan Şərq gölü mənzərəli ərazi rayonuna köçürülmüşdür.

Mənzərəli ərazi Mo dağı ən gözək təbiət mənzərəli ərazilərdən hesab olunur. Yinçu mədəniyyətini özündə əks etdirən Çu şəhəri (楚城) yaşayış kompleksi də bu ərazidə yerləşir. Çu şəhəri kompleksi Yin şəhərinin memarlıq üslubunda inşa edilmişdir. Kompleksin şəhər qapısı 23.4 metr hündürlüyə və 105 metr uzunluğa malikdir. Keşikçi qülləsi 12.4 metr hündürlüyündədir və şəhər qapısından 11 metr alçaqdır.

Mo dağı ərazisinə Şərq gölü Albalı çiçəyi parkı və 1992-ci ildən Çin Alça çiçəkləri Araşdırmalar Mərkəzinin əsas binasının yerləşdiyi ərazi kimi məşhurlaşan Alça çiçəyi parkı daxildir.

İstinadlar

Kateqoriya:Çin dağları