Qriqori Viktoroviç Leps (; ) — Gürcü əsilli bariton səsli sovet və Rusiya müğənnisi, bəstəkar, prodüser, İnquşetiya Respublikasının əməkdar artisti (2004), Rusiya Federasiyasının əməkdar artisti (2011), Qaraçay-Çərkəz Respublikasının xalq artisti (2015). Qreqori Leps Rusiyanın ən çox gəlir əldə edən müğənnisidir. 2013-cü ildə 15 milyon $, 2014-cü ildə 12 milyon $, 2015-ci ildə isə 12.2 milyon $ gəlir əldə etmişdir.
Həyatı və fəaliyyəti Qriqori Leps Soçidə, etnik gürcü ailəsində doğulmuşdur. O, zərb alətləri üzrə musiqi məktəbini bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir neçə rok qruplarında musiqi ifa etməyə başlamış və restoranlarda müğənnilik etmişdir. O, alkoqolizm və narkotik vasitə alışqanlığından əziyyət çəkmiş və bundan qurtulmaq üçün Moskvaya getmişdir. Daha sonra o, restoranlarda ifa etməyə başlamış və səsyazma studiyasından təklif almışdır. Beləliklə 1995-ci ildə Qriqori Leps Tanrı sizləri qorusun adlı ilk albomunu buraxır. Albomdakı Natali mahnısı qısa zamanda hit mahnıya çevrilir. Leps narkotik vasitələrdən xəstəxanaya yatırıldığı üçün bundan xəbərsiz olur. Həkimlər ona narkotik vasitələri davam etdirəcəyi təqdirdə öləcəyini bildirmişlər.
1997-ci ildə Bütün həyat () adlı ikinci albomunu buraxan Lepsin bu albomdakı Çijik () və Bütün həyat mahnıları hit olur.
2000-ci ildə Xışıltı () və Nə olsun? () hitlərinin daxil olduğu Təşəkkürlər xalqım... () adlı albomunu buraxır. Albomda Lepsin stilinin dəyişilməsi müşahidə olunur. Belə ki, o, tamamilə şanson stilindən uzaqlaşaraq rok üslubuna keçir. Həmin ildə o, Layma Vaykule baletinin rəqqasəsi olan Anya ilə tanış olur. Eyni zamanda Lepsin səsində problem yaranır və əməliyyat olunur.
2002-ci ildə Leps Yağışın simlərində... () adlı albomunu buraxır. Həmin albomdan Stolda vodka qədəhləri () adlı mahnısı məşhurlaşır.
2004-cü ildə Vladimir Vısotskinin yazdığı mahnılardan ibarət rok üslubunda Yelkən () adlı albom buraxır. Albomdakı "Yelkən" mahnısına klip çəkilir və albom satış sayına görə üst pillələrə yüksəlir. Albomun ikinci hissəsi olan İkinci () 2007-ci ildə çıxarılır və onun təqdimatı Kremldə baş tutur.
Qreqori Lepsin 2005-ci ildə mahnılarından ibarət Sevimlilər... 10 il () adlı yığma albomu işıq üzü görür.
2006-cı ildə o, 2 albom buraxır və yüksək uğur əldə edir — Labirint () və Qar fırtınası () hitlərinin daxil oldiği Labirint və Dondurucu günəş () hitinin daxil olduğu Yerin mərkəzində (). Yerin mərkəzində albomuna həsr olunan ilk konsert Lujniki stadionunda baş tutur.
2009-cu ildə yeni və köhnə mahnıların daxil olduğu Çağlayan () adlı albomu təqdim olunur.
2011-ci ilin fevralında "Pensne" () albomuna həsr olunan trio konsertlər keçirir. Bir ildən sonra isə Leps musiqi üslubunu başqa istiqamətə yönəldir.
İstinadlar
Kateqoriya:1962-ci ildə doğulanlar Kateqoriya:16 iyulda doğulanlar Kateqoriya:Rusiya Federasiyasının əməkdar artistləri Kateqoriya:Baritonlar Kateqoriya:Rusiyanın kişi müğənniləri Kateqoriya:Rusiya prodüserləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları