Rza Pəhləvi (farsca: رضا پهلوی, farsca tələffüz: [ɾeˈzɒː pʰæhlæˈviː]; 31 oktyabr 1960, Tehran) — iranlı Türk köklü siyasətçi və ABŞ-də sürgündə yaşayan müxalifət nümayəndəsidir. Pəhləvi sülaləsinin üzvü olaraq, İranın son şahı Məhəmməd Rza Pəhləvi ilə Fərəh Dibanın böyük oğludur. O, İran İslam Respublikası hakimiyyətinə qarşı müxalifətin aparıcı simaları arasında yer alır.

Tehran şəhərində anadan olan Rza Pəhləvi, 1967-ci ildə atasının taxta çıxması ilə rəsmi olaraq İranın vəliəhdi elan edildi. İran İmperator Hərbi Hava Qüvvələrində zabit namizədi kimi xidmət edən Pəhləvi, 1978-ci ildə pilot hazırlığı almaq üçün Riz Hərbi Hava Bazasına köçdü. 1979-cu ildə Ruhullah Xomeyni rəhbərliyi ilə baş verən İran İnqilabından sonra atası taxtdan endirildi və monarxiya ləğv olundu. 1980-ci ildə atasının Misirin Qahirə şəhərində sürgündə vəfat etməsindən sonra Rza Pəhləvi özünü İran şahı elan edərək “II Rza Şah” adını qəbul etdi və xaricdən İran İslam Respublikasına qarşı siyasi fəaliyyətlərdə fəal şəkildə iştirak etməyə başladı.

2013-cü ildə İran Milli Şurasının qurucuları arasında yer aldı. İdeoloji baxımdan İranda demokratik keçid prosesini dəstəklədiyini bildirən Pəhləvi, ölkənin gələcək idarəetmə formasının müəyyən edilməsi məqsədilə referendum keçirilməsini müdafiə etdi. İslam Respublikasına qarşı etiraz çağırışları edən Pəhləvi, mövcud rejimin hakimiyyətdən uzaqlaşdırılmasını tələb etdi və İranın Qərb dünyası ilə İsrailin müttəfiqi olması gerektiğini vurğuladı. 2025–2026 İran etirazları zamanı müxalifətin aparıcı fiqurlarından birinə çevrilən Pəhləvi, etiraz çağırışları ilə kütləvi nümayişlərin genişlənməsində təsirli oldu.

Həyatı Rza Pəhləvi 1960-cı ildə Tehranda İran şahı Məhəmməd Rza Pəhləvi ilə Şahbanu Fərəh Pəhləvinin böyük oğlu kimi anadan olmuşdur. Onun bacı-qardaşları arasında bacısı Fərəhnaz, qardaşı Əli Rza, bacısı Leyla və ögey bacısı Şəhnaz vardır. Doğulduğu gün şah 98 siyasi məhbusu əfv etmiş və hökumət gəlir vergisində 20% endirim elan etmişdir.Freedland, Jonathan (26 January 1997). "The Prince's Trust: The Boy Who Lost Everything". The Observer. London, United Kingdom. pp. 97, 168–169.

Pəhləvi yalnız xanədan üzvləri və saray ətrafı üçün nəzərdə tutulmuş, kral sarayında yerləşən xüsusi saray məktəbində təhsil almışdır.Reza Pahlavi | Exiled Crown Prince, Life in the U.S., Ties to Iran, Relationship with Trump and Netanyahu, & Biography | Britannica". Encyclopedia Britannica (İngilizce). Erişim tarihi: 23 Kasım 2025. Pilot kimi hazırlıq keçmiş, 11 yaşında ilk solo uçuşunu həyata keçirmiş və bir il sonra pilot lisenziyası almışdır.

İmperatorluq İran Hərbi Hava Qüvvələrində hava hərb məktəbinin kursantı olan Pəhləvi, pilotluq təhsilini davam etdirməsi üçün 1978-ci ilin avqustunda ABŞ-a göndərilmişdir. Texas ştatındakı keçmiş Reese Hərbi Hava Bazasında bir illik pilot hazırlığı proqramında iştirak edən 43 kursantdan biri olmuş, bu proqram çərçivəsində Cessna T-37 Tweet və Northrop T-38 Talon təyyarələri ilə uçuş təlimi almışdır. İran İnqilabından sonra planlaşdırılandan təxminən dörd ay əvvəl, 1979-cu ilin martında bazanı tərk etmişdir..

Pəhləvi 1979-cu ilin sentyabrında Williams College-də təhsilə başlamış, lakin 1980-ci ildə universiteti tərk etmişdir. Daha sonra Qahirə Amerika Universitetində politologiya üzrə təhsil almağa başlamış, lakin dərslərdə iştirakı qeyri-müntəzəm olmuşdur. 1981-ci ildə proqramdan ayrıldığı və təhsilini iranlı professorlarla özəl şəkildə davam etdirdiyi, əsasən fars mədəniyyəti və tarixi, İslam fəlsəfəsi və İranda neft mövzularına diqqət yetirdiyi bildirilmişdir.Former Student Prince Aims at Iranian Throne". The Berkshire Eagle. Pittsfield, Massachusetts. United Press International. 6 August 1981. p. 23.

Pəhləvi 1985-ci ildə Cənubi Kaliforniya Universitetindən distant (məktupla) təhsil yolu ilə politologiya üzrə bakalavr (BSc) dərəcəsi almışdır. Ana dili farsca olmaqla yanaşı, ingilis və fransız dillərini də səlis bilir.

Evliliyi Pəhləvi 1985-ci ildə Yasmine Etemad-Amini ilə münasibətə başlamışdır. Cütlük 12 iyun 1986-cı ildə ABŞ-ın Connecticut ştatının Greenwich şəhərində evlənmişdir. Yasmine Etemad-Amini bu evlilikdən sonra soyadını Pəhləvi olaraq dəyişdirmişdir. Evləndikləri zaman Rza Pəhləvi 25, Yasmine isə 17 yaşında idi.Pahlavi, Farah (2003). Kohan Diārā کهن دیارا (in Persian). Farzad. p. 462. Hal-hazırda cütlüyün üç qızı var: Nur (3 aprel 1992-ci il doğumlu), İman (12 sentyabr 1993-cü il doğumlu) və Farah (17 yanvar 2004-cü il doğumlu).

Sürgündəki siyasi fəaliyyəti Rza Pəhləvi ailəsi ilə birlikdə 1980-ci ilin mart ayında Misirin paytaxtı Qahirəyə gəlmişdir. Atası Məhəmməd Rza Pəhləvi xəstəliyinin son həftələrində olarkən, bəzi şah tərəfdarı dairələrin mətbuatda Şaha Rzanın əvəzinə həmin dövrdə 13 yaşında olan kiçik oğlu Əli Rzanı və bir naiblik şurasını irəli sürməyi tövsiyə etdikləri yer almışdır. Bu dairələr Rzanın keçmişini, təhsilini və ictimai məsələlərə marağının məhdud olduğunu əsas gətirərək onun varisliyə uyğun olmadığını iddia edirdilər. Şahın bu təklifi rədd etdiyi və iki oğlundan biri lehinə taxtdan imtina etmədiyi anlaşılmışdır.Koven, Ronald (28 July 1980). "Royal Heir: Family Hails Elder Son as New Shah". The Philadelphia Inquirer. The Washington Post Service. p. 7.

Şah 27 iyul 1980-ci ildə vəfat etdikdə, Fərəh Pəhləvi özünü rəsmi statusu olmayan bir bəyanatla naibə elan etmişdir. Rza Pəhləvi isə iyirminci doğum günü olan 31 oktyabr 1980-ci ildə özünü İranın yeni şahı - “II Rza Şah” - və Pəhləvi sülaləsinin qanuni varisi elan etmişdir."Shah's Son Names Himself King, Bids Iran to End Its 'Nightmare'". The Miami Herald. 1 November 1980. p. 14. Bu açıqlamadan dərhal sonra ABŞ Dövlət Departamentinin sözçüsü Con Trattner ABŞ hökumətinin Rza Pəhləvidən məsafə saxladığını bildirmişdir. Trattner Vaşinqtonun onu dəstəkləməyi düşünmədiyini və İran hökumətini tanımaqda davam etdiyini açıqlamışdır.Schweid, Barry (1 November 1980). "U.S. Vows Recognition, No Sanctions for Iran". The Miami Herald. The Associated Press. p. 14.

1981-ci il ərzində Pəhləvi Qubbə Sarayında qalmağa davam etmiş və monarxiya tərəfdarı qruplarla yaxın əlaqələr qurmuşdur. Lakin sol yönlü müxaliflər də daxil olmaqla digər bəzi müxalif qruplar tərəfindən qəbul edilməmişdir. Mart ayında Fars Yeni ili münasibətilə bir bəyanat yaymış, İran hökumətinə qarşı olan bütün təbəqələri öz ətrafında birləşməyə və “milli müqavimət” aparmağa çağırmışdır. Buna baxmayaraq, prezident Əbü’l-Həsən Bəni Sədrin vəzifədən kənarlaşdırılması və Ali Məhkəmənin sədri Məhəmməd Beheştinin də daxil olduğu onlarla rəsminin iyun ayında sui-qəsd nəticəsində öldürülməsi qarşısında susqun qalmağı üstün tutmuş və hər hansı reaksiya nümayiş etdirməmişdir.

Avqust ayında Pəhləvi İran hökumətini devirmək məqsədilə gizli planlar hazırladığını açıqlamış və aşağıdakı ifadəni işlətmişdir:"Reza II vows to oust Khomeini". The Indianapolis News. The Associated Press. 5 August 1981. p. 1.“İndiyədək ən yaxşı övladlarımızdan bəzilərinin həyatını təhlükəyə atmaq istəmədiyim üçün bu əlaqələndirilmiş planların mövcudluğunu açıqlamaq istəmirdim… Bir çox fəaliyyətimiz sizə məlum deyildi, lakin İranı xilas etmək üçün zəruri addımların ən müntəzəm şəkildə atılmaqda olduğuna əmin olmağınızı istəyirəm.”1982-ci ildə israilli iş adamı və eyni zamanda kəşfiyyat əməkdaşı olan Yaakov Nimrodi BBC-yə verdiyi radio müsahibəsində Adolf Şvimmer və Adnan Xaşıqçı ilə birlikdə Rza Pəhləvi və general Səid Razvani ilə İran’da çevriliş planlaşdıraraq Pəhləvini hakimiyyətə gətirmək cəhdində olduqlarını bildirmişdir. “Maariv” qəzetində jurnalist kimi fəaliyyət göstərən Samuel Segevə görə bu plan həm MKİ (CIA), həm də İsrail Dövlətinin nazirlər kabineti tərəfindən təsdiqlənmişdi. Bununla belə, plan 1983-cü ildə baş nazir Menaxem Beginin istefasından sonra gündəmdən çıxarılmış, yeni baş nazir Yitsxak Şamir isə öz dövründə “İsrailin yeni bir macəraya atılmaması gərəkdiyini” əsas gətirərək Pəhləvinin hərbi çevriliş yolu ilə İran İslam rejimini devirməsi ideyasını həyata keçirməkdən çəkinmişdir.

1 may 1986-cı ildə Pəhləvi İranda yenidən konstitusion monarxiya qurmaq məqsədilə yaxın zamanda sürgün hökuməti formalaşdırdığını elan etmişdir."Shah's Son to Wed... Someone". Times-Advocate. Escondido, California. 3 May 1986. p. 2.

Pəhləvi xaricdə yaşayan bir iranlı kimi sahib olduğu yüksək ictimai nüfuzdan insan hüquqları, demokratiya və İran daxilində və xaricində yaşayan iranlılar arasında birlik ideyalarının təşviqi üçün istifadə etmişdir. O, öz rəsmi internet saytında İranda din ilə dövlətin ayrılmasını, həmçinin “azadlığı sevən bütün fərdlər və siyasi ideologiyalar üçün” azad və ədalətli seçkilərin keçirilməsini tələb etdiyini bildirmişdir. Pəhləvi bütün demokratik gündəmlərə sadiq olan qrupları demokratik və dünyəvi İran hökumətinin qurulması naminə birgə fəaliyyət göstərməyə çağırmışdır.

2018-ci ilin dekabrında Vaşinqton Yaxın Şərq Siyasətləri İnstitutunda etdiyi təqdimatda Pəhləvi İranda islamçı rejimi dünyəvi demokratiya ilə əvəz etməyə çalışan qüvvələrə qeyri-hərbi dəstək göstərilməsinə çağırmışdır. O, İranda taxt-tacın bərpasından daha çox özünü bir siyasi lider kimi deyil, simvolik bir fiqur kimi gördüyünü, lakin ölkəsinə xidmət etməyə hazır bir fərd olduğunu vurğulamışdır.

2022-ci ildə İranın Abadan şəhərində tikilməkdə olan bir binanın uçması fonunda baş verən hökumət əleyhinə etirazlar zamanı Pəhləvi Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 saylı reysin vurulması, xarici COVID-19 peyvənd və testlərinin ölkəyə idxalının qadağan edilməsi, eləcə də artan ərzaq qiymətləri kimi hadisələrin qarşısı alına bilən ölümlərə səbəb olduğunu qeyd etmiş, bunun isə hökumətin səmərəsiz idarəçiliyinə qarşı xalqın qəzəbini daha da artıracağını və İslam Respublikasının yaxın gələcəkdə çökə biləcəyini proqnozlaşdırmışdır. O, həmçinin İslam Respublikasına qarşı olan, lakin hazırda hökumət strukturlarında xidmət edən İran Silahlı Qüvvələri üzvlərini dinc şəkildə hərəkətə keçməyə təşviq etmiş və rejimə qarşı əlaqələndirilmiş bir cəbhənin yaradılmasını tələb etmişdir. Monarxiyanın bərpasını tələb edən iranlı etirazçılardan dəstək aldığını qəbul etsə də, “İran xalqının etimadına cavab olaraq etdiyim ən mühüm iş onların səslərini gücləndirməkdir. Mən onlara nə edəcəklərini demirəm. Mən siyasi lider deyiləm” sözlərini ifadə etmişdir.

2023-cü ilin fevralında The Daily Telegraph qəzetinə verdiyi müsahibədə Pəhləvi Böyük Britaniya və Avropa hökumətlərini İran İslam İnqilab Keşikçiləri Ordusunu qadağan etməyə çağırmış və bu addımı “rejimin ən güclü dişini çıxarmaq” kimi qiymətləndirmişdir. Müsahibədə o, İranın islahatçı qüvvələrinin rejimi dəyişdirmək əvəzinə tamamilə devirmək istədiklərini bildirməsi səbəbindən İslam Respublikasının yaxın gələcəkdə əvvəlki onilliklərlə müqayisədə daha yüksək ehtimalla devriləcəyinə inandığını qeyd etmişdir. Pəhləvi bir çox iranlı müxaliflərin yeni hökumətin yaradılmasında onun mərkəzi rol oynamasını istədiyini qəbul etsə də, taxtdan imtina qərarını İran xalqına buraxacağını və rejim devrilərsə siyasi vəzifəyə iddialı olmayacağını təkrar etmişdir. O, yeni dünyəvi və liberal demokratik İran üçün ən böyük çətinliyin ordunun nəzarət altında saxlanılması və rejim rəsmilərinə qarşı ədalətin təmin edilməsi olacağını proqnozlaşdırmışdır. Pəhləvi İslami rejimin yüksək səviyyəli üzvlərinin insan hüquqları pozuntuları səbəbilə məhkəmə qarşısına çıxarılacağını, aşağı səviyyəli üzvlərin isə cəmiyyətə yenidən inteqrasiyasını təmin etmək üçün əfv edilə biləcəyini vurğulamış, nümunə olaraq Nürnberq məhkəmələrini (yüksək səviyyəli nasist rəsmilərin məhkəməyə çəkildiyi və aşağı səviyyəli üzvlərin Almaniyaya yenidən inteqrasiyası təmin olunduğu) və Apartheid sonrası Cənubi Afrikadakı Həqiqət və Uzlaşma Komissiyasının dinləmələrini göstərmişdir.