() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır. Meyvələri payızda yetişir. Toxumla, kök zoğları, qələmlərlə asanlıqla çoxalır.
Ekologiyası Soyuğa, istiyə, kölgəyədavamlıdır, torpağa tələbkar deyil, çox möhkəm və bərk oduncağına görə "buynuz" adlanır. Xüsusilə qulluq tələb etmir.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.
İstifadəsi Canlı çəpərlərdə tək və qruplarla əkilmək üçün istifadə edilir. Dekorativ yarpaqları yayda ağımtıl-göy rəngli, payızda qırmızı-bənövşəyi və ya tünd-bənövşəyi rəngdə olur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Çin florası Kateqoriya:Koreya florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası