Gəncəli Kirakos () — Qafqaz Albaniyası ədəbiyyatının nümayəndələrindən biri.
Həyatı Kirakos Gəncəli 1201-ci ildə Qandzaxda — Gəncədə anadan olmuş, 1271-ci ildə vəfat etmiş alban tarixçisi və rahibi. Mənbələr onu Aravelsi, yəni Şərqli, həmçinin Nor Qetik monastrının adı ilə əlaqədar olaraq Qetisi də adlandırırlar. O həmin monastrda Mxitar Qoşun şagirdi Vanakanın yanında təhsil görmüş və ömrünün böyük bir hissəsini orada keçirmişdir. Kirakos erməni, fars, Azərbaycan və ərəb dillərini mükəmməl bilirmiş. Kirakos Gəncəli Qafqaz Albaniyası tarixinə dair ən qiymətli mənbələrdən biri olan "Tarix" əsərinin müəllifidir. Bu əsərdə Albaniyaya və Xaçın bölgəsinə aid xüsusi bölmə ayrılmışdır. Gəncəli Kirakos bu əsərində Albaniyanın katolikosları, knyazları, həmçinin ölkədə kilsə tikintiləri və ayrı-ayrı məbədlər haqqında, o cümlədən Amaras məbədi haqqında məlumat verir. Monqolların Azərbaycana hücumu, onların daxili və xarici siyasətindən bəhs edir.
Mənbə Fəridə Məmmədova. Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı, 1993, Arif Məmmədov. "Amaras-Ağoğlan". Bakı, 1975. Süleyman Əliyarlı "Azərbaycan tarixi üzrə qaynaqlar"
İstinadlar
Kateqoriya:Tarixçilər Kateqoriya:Qafqaz Albaniyası Kateqoriya:XIII əsr tarixçiləri Kateqoriya:Qafqaz tarixi Kateqoriya:İctimai sahədəki yazıçılar