Endokrin sistemi və ya humoral sistem ( – maye) — bədənin müxtəlif hissələrində müxtəlif hormonlar ifraz edən və xüsusi maddələr yaradan vəzilərin meydana gətirdiyi bioloji orqanlar sistemi.
Haqqında Neyroendokrin (endokrin) sistemi bədənin demək olar ki, bütün orqan və sistemlərinin fəaliyyətini əlaqələndirir və tənzimləyir. Fərdin normal işləməsini təmin etmək üçün lazım olan daxili mühitin sabitliyini qoruyur, həmçinin xarici və daxili mühitin daim dəyişən şərtlərinə uyğunlaşmasını təmin edir. Endokrin sistemini endokrinolgiya elmi öyrənir. Bu elmlə məşğul olan şəxs isə endokrinoloq adlanır.
Hormonlar
alt=|left|thumb|İnsulin hormonu Sekresiya vəzilərinin buraxdığı bioloji fəal maddələrə hormonlar ( – "oyadıram") deyilir. Hormonlar qanla orqanizmin hər yerinə aparılaraq bir çox orqanlar sisteminin funksiyalarına və bütün orqanizmin həyat fəaliyyətinə təsir edir. Hormonlar maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir. Bəzi hormonlar hər hansı orqanlar sisteminin funksiyalarına daha çox təsir edir. Bu cür orqanlara hədəf orqanlar deyilir. Hədəf orqanların hüceyrə membranı həmin hormonlara çox həssas olur. Məsələn, cinsiyyət hormonları çoxalma orqanları sisteminin böyüməsini və inkişafını sürətləndirir.
Vəzilərin hamısının işi bir-birilə sıx əlaqədardır. Hər hansı bir vəzinin çox və ya az hormon buraxması başqa vəzinin funksiyasını gücləndirir və yaxud zəiflədir. İndiyə qədər insanda 50-dən çox hormon müəyyən edilmişdir.
Hormonların təsnifatı Ümumilikdə, hormonlar iki cür təsnif oluna bilər:
hüceyrədəki fizioloji proseslərə təsirinə görə; funksional olaraq.
Hüceyrələrdə davam edən fizioloji proseslərə təsirinə görə hormonlar aşağıdakı qruplara bölünür:
metabolik — maddələr mübadiləsinə təsir edən; morfogenetik — formalaşma, böyümə, inkişafa təsir edən; kinetik — icraedici orqanların fəaliyyətinə təsir edən; korreksiyaedici — orqan və toxumaların funksiya intensivliyini dəyişdirən.
Funksional olaraq hormonları aşağıdakı qruplara bölürlər:
effektor — hədəf obyektinə birbaşa təsir edən; trop — effektor hormonların sintezini və ifrazını tənzim edən (məsələn, tiroid stimullaşdırıcı hormon); liberinlər və statinlər — müvafiq olaraq rilizinq hormonlar və tormozlayıcı hormonlar. Bu qrup hormonlar hipotalamusun sinir hüceyrələri tərəfindən sintez olunur.
Endokrin sistemində nevroloji idarə mərkəzləri Endokrin sistemində 2 əsas idarə orqanı var. Bunlar ara beynin 2 hissəsidir: Talamus Hipotalamus
Talamus
Əsas görmə orqanıdır. alt=|thumb|Talamus|left alt=|thumb|Hipotalamus
Hipotalamus
Bütün onurğalılarda humoral sistemin ən əsas idarə mərkəzi hipotalamusdur. 30-dan çox funksiya yerinə yetirir. Onun funksiyalarına qoxu və görmə istisna olmaqla, bütün hissi orqanların tənzimlənməsi və s. aiddir.
Qanda hər hansı bir maddənin azlığı və ya çoxluğu hipotalamusda olan nüvələrin sinir uclarının oyanmasına səbəb olur. Hipotalamus isə digər daxili sekresiya vəzilərinə sinir impulsları və rilizinq (liberinlər), yaxud tormozlayıcı (statinlər) hormonlarla həmin vəzilərin orqanizmin tələbinə uyğun hormonlar hazırlamasına, ya da hormon sintezinin ləngiməsinə səbəb olur.
Vəzilər
Vəzi sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Vəzilərdə sintez olunan sekret orqanizmdə baş verən müxtəlif proseslərdə: həzm prosesində, orqanizmin böyümə və inkişafında, orqanlar arasında qarşılıqlı əlaqənin yaranmasında, ayrı-ayrı orqanların fəaliyyətinin tənzimlənməsində və s. proseslərdə mühüm əhəmiyyət kəsb edir.
Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Bəzi vəzi hüceyrələri orqanların tərkibinə daxildir (məsələn, kiçik ağız suyu vəziləri, böyrək vəziləri, mədə vəziləri və s.), bəziləri isə xüsusi orqanlar vəzilər formalaşdırır (məsələn, böyük ağız suyu vəziləri, böyrəküstü vəzilər, çəngələbənzər vəz və s.). Onlar xüsusi maddələr ifraz edir. Endokrin sistemi daxili sekresiya vəziləri, xarici sekresiya vəziləri, qarışıq sekresiya vəzilərindən meydana gəlmişdir. Sekresiya vəziləri içərisində insanda ən əsas funksiyanı daşıyan vəzilər qalxanabənzər vəzi və böyrəküstü vəzidir. thumb|363x363px|Daxili sekresiya vəziləri (solda) və xarici sekresiya vəzilərinin (sağda) quruluşundakı fərqlər
Daxili sekresiya vəziləri
Daxili sekresiya vəziləri və ya endokrin vəzilər bədənin xaricinə axacaqları olmayan vəzilərdir. Bu vəzilər hazırladıqları məhsulları bilavasitə qana, yaxud limfaya ifraz edir. Endokrin vəzilər yalnız sekretor şöbədən təşkil olunmuşdur və çoxlu qan damarı ilə təchiz olunub. Onların ifrazat məhsulları hormonlardır. Daxili sekresiya vəzilərində olan kapillyar damarlar genişlənməsi vəzin məhsulunun qana keçməsiniə daha yaxşı imkan yaradır.
Daxili sekresiya vəziləri aşağıdakılardır:
epifiz hipofiz qalxanabənzər vəzi qalxanabənzər ətraf vəziləri çəngələbənzər vəzi böyrəküstü vəzilər alt=|left|thumb|Hipofiz və epifiz|255x255px
Epifiz vəzi və ya əzgiləbənzər cisim
Tək orqandır. Kəllə boşluğunda, ara beynin görməqabarüstü nahiyəsində, orta beyin qapağının yuxarı təpəcikləri arasında yerləşir. Uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4–6 mm, kütləsi orta hesabla 0,2 qrama bərabər vəzidir. Əzgiləbənzər cisim xaricdən birləşdirici toxumadan təşkil olunmuş kapsul ilə örtülmüşdür. Kapsuldan çıxan atmalar vəzin parenximasını paycıqlara bölür. Paycıqların daxilindəki parenxima iki növ hüceyrədən təşkil ounmuşdur:
İxtisaslaşmış vəzi hüceyrələri — pinealositlər (pineositlər) Qliya hüceyrələri — qliositlər.
Melatonin adlanan hormon hazırlayır. Bu hormon cinsi yetişkənlik dövrünə qədər hipofizin və qalxanabənzər vəzin fəaliyyətini ləngidir, vaxtından əvvəl cinsi yetkinliyin qarşısını alır. Epifizin məhsulu hipofizin follitropin, lyutropin, adrenokortikotrop hormonlarının sekresiyanı dayandırmaqla yanaşı, həm də karbohidratların parçalanmasını gücləndirməklə enerji mübadiləsini artırır, maddələr mübadiləsini, o cümlədən, kalium və piqment mübadiləsini tənzimləyir. Bioloji saat rolunu oynayır. Yəni, bu orqanın sayəsində günün saatları və yuxu rejimi tənzimlənir. Lakin Böyük Britaniyada bəzi əsgərlərin gözlərinin retinasına (torlu qişasına) yerləşdirilmiş güzgücüklər sayəsində həmin şəxslər 36 saat oyaq qalmışdılar. İşıqda melatonin sintezi zəifləyir, qaranlıqda isə proses bərpa olur. İşıq, bundan əlavə, epifiz vəzinin orqanizmin xəstəliklərə qarşı müqavimətini (immun rolunu) azaldır. Buna görə də kor insanlarda bu vəzi daha yaxşı fəaliyyət göstərir. thumb|288x288px|Hipofiz vəzi
Hipofiz vəzi və ya beyin artımı
Tək saydadır. Ara beynin alt artımı olub kəllə boşluğunda, orta kəllə çuxurunda, əsas sümüyünün cisminin üzərindəki türk yəhərinin hipofizə məxsus çuxurunda yerləşən lobya boyda vəzidir."Atlas of Human Anatomy" (Netter Basic Science) 5th Edition, Frank H. Netter, MD. Köndələn ölçüsü 12–15 mm, sagittal (öndən arxaya) ölçüsü 5–11 mm, şaquli ölçüsü 6–7 mm, kütləsi isə 0,35–0,65 qram olur. Qadınlarda kişilərə nisbətən ağırdır və hamilə qadınlarda kütləsi 1–1,2 qrama çatır.
Hipofiz 3 paydan ibarətdir:
ön pay orta pay arxa pay.
Ön pay orta payla birlikdə adenohipofiz adlanır və vəzinin ümumi kütləsinin 80%-ni əhatə edir. Ön hipofizdə müxtəlif hormonlar istehsal edən 5 fərqli hüceyrə qrupu vardır. Ön hipofizin hormonları aşağıdakılardır:
somatotrop hormon və ya somatotropin (boyatma hormonu) adrenokortikotrop hormon və ya kortikotropin (AKTH) tireotrop hormon və ya tireotropin follikultənzimedici hormon və ya follitropin lüteinləşdirici hormon və ya lyutropin laktogen hormon və ya laktotropin (prolaktin) qonadotrop hormon və ya qonadotropin.
Orta pay nazik epitel qatından təşkil olunmuş və arxa paydan nazik kövşək birləşdirici toxuma qatı ilə ayrılmışdır. İki hormon hazırladığı məlumdur:
melanosititropin lipotropin
Hipofizin arxa payı pituisit adlanan çoxlu neyroqliya hüceyrələrindən, hipotalamusun supraoptik və paraventrikulyar neyrosekretor nüvələrinin sinir liflərindən, neyrosekretor cisimciklərindən təşkil olunduğu üçün neyrohipofiz də adlandırılır. Bu payda hormonistehsal olunmur, lakin hipotalamusun nüvələrindəki neyrosekretor hüceyrələrdə əmələ gəlmiş vazopressin və oksitosin hormonları hipofizin arxa payından qana ifraz olunur. Bu hormonlar hipotalamo-hipofizar sistemin sinir lifləri (aksonları) boyunca hipofizin arxa payına doğru hərəkət edir və Xerrinq cisimciklərində, yaxud toplayıcı cisimciklərdə toplanır. Yəni, arxa pay bu hormonlar üçün həm də anbar rolu oynayır. Hipofizin hormonlarıHipofizin payıPayın ifraz etdiyi hormonHormonun digər adlarıHormonun funksiyasıÖn paysomatotropinsomatotrop hormon, boyatma hormonuHüceyrələrin bölünməsi və zülalların biosintezini sürətləndirdiyi üçün orqanizmin böyüməsi və boy artımını tənzimləyir. Bundan əlavə, karbohidrat mübadiləsinə təsir edir, fosfataza fermentinin miqdarını artırır.kortikotropinadrenokortikotrop hormon (AKTh)Böyrəküstü vəzilərin qabıq maddəsinin fəaliyyətinin sürətləndirilməsində iştirak edir. Bu əlaqəyə görə hipofizin çıxarılması böyrəküstü vəzilərin qabıq maddəsinin atrofiyası ilə nəticələnir.tireotropintireotrop hormonQalxanabənzər vəzinin hormonlarını aktivləşdirir.follitropinfollikultənzimedici hormonDişi orqanizmin yumurtalıqlarındakı follikullara, erkək fərdlərdə isə toxumluqlarda gedən spermatogenez prosesə təsir edir.lyutropinlüteinləşdirici hormonDişilərdə ovulyasiya və yumurtalıqlarda sarı cismin əmələ gəlməsi proseslərini sürətləndirir, erkəklərdə isə androgen sintez edən Leydiq hüceyrələrinin işini tənzimləyir.prolaktinlaktogen hormon, laktotropinAktiv sarı cismin fəaliyyətini sürətləndirir. Bundan əlavə, süd vəzilərində südün əmələ gəlməsini (laktasiya prosesi) və valideynlik instinktini tənzimləyir. Süd vəzilərinin hamiləlik dövründə süd ilə dolsa da, bunu ifraz etməməsinə səbəb yumurtalıqların ifraz etdiyi estrogen hormonu və prokesteron hormonunun prolaktinə tormozlayıcı təsir göstərməsidir. Doğuş aktı baş verdikdən sonra bu iki hormonun qandakı səviyyəsi kəskin azalır, nəticədə süd vəzilərinin ifrazatı həyata keçir.qonadotropinqonadotrop hormonOrqanizmin cinsi yetişkənliyini tənzimləyir.Orta paymelanosititropinmelanositstimullaşdırıcı hormonDəridəki piqment hüceyrələrinə təsir edir. Belə ki, onlarda piqment dənəciklərinin yerdəyişməsini tənzimləyir. Həmçinin melanin piqmentinin əmələ gəlməsinə xidmət edir.lipotropinLipid mübadiləsini sürətləndirir.Arxa payvazopressinantiduretik hormonBu hormonun ifrazı böyrək borucuqlarının epitel hüceyrələrinə gətirilən fermentlərin miqdarının artmasına səbəb olur. Nəticədə, ilk sidiyin tərkibindən suyun geriyə sorulması (reabsorbsiya) artır, gündəlik sidik ifrazatı (diurez) azalır, qan təzyiqi yüksəlir.oksitosinpitosinBalalıq və digər saya əzələli orqanların yığılmasını, həmçinin laktasiya prosesi zamanı süd vəzilərinin fəaliyyətini artırır. Hamiləliyin erkən dövrlərində uşaqlığa təsir göstərmir. Lakin sonralar yumurtalığın estrogen hormonunun təsiri nəticəsində uşaqlığın oksitosinə qarşı həssaslığı artır və doğuşun əvvəlində bu həssaslıq maksimal həddə çatır Ki, bu da doğuş aktının baş vermısi ilə nəticələnir. Yenidoğulmuşlarda hipofizin ön payı daha yaxşı nəzərə çarpır, arxa pay isə rüşeym halında olur. Hipofizin kütləsi yenidoğulmuş oğlanlarda 0,125 qrama, qızlarda isə 0,250 qrama çatır. Onun kütləsi 10 yaşlı uşaqda 2 dəfə, 15 yaşlıda 3 dəfə artır. Yenidoğulmuşlarda hipofizin şaquli ölçüsü orta hesabla 4 mm, boylama ölçüsü 7,5 mm, köndələn ölçüsü 8,5 mm olur. Hipofizin arxa payı 10 yaşa qədər çox kiçik olur. 20 yaşda vəzi maksimal inkişaf dərəcəsinə çatır. 40–60 yaş həddində kütləsi və ölçüləri tədricən kiçilir.
Qalxanabənzər vəzi