() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir.
Botaniki təsviri Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir. Başqa növlərdən meyvəsinin yeməli, turşməzə olması ilə fərqlənir. Toxum və qələmlə çoxalır. 1000 ədəd toxumun çəkisi 0,9 qr olur.
Ekologiyası İstisevən bitkidir, quraqlığadavamlıdır, qara torpaqlarda daha yaxşı bitir.
Azərbaycanda yayılması Abşeronda, Şəkidə, Gəncədə şəhər yaşıllaşdırmasında, bir çox park və bağlarda rast gəlinir.
İstifadəsi Budamaqla bitkiyə müxtəlif forma vermək olur. Meyvəsində kompot, kisel, mürəbbə, şərab və s. hazırlanır. Yaşıllaşdırmada istifadə edilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Giləmeyvələr Kateqoriya:Asiya florası