İbrahim Hatemikiya (farsca: ابراهیم حاتمی کیا) - İran azərbaycanlılarından olan rejissor, film prodüseri, aktyor və ssenarist.

Həyatı 23 oktyabr 1961-ci ildə Tehran şəhərində yaşayan azərbaycanlı ailədə dünyaya gəlmişdir. Dindar ailədə böyümüşdür.Ebrahim Hatamikia

Təhsili Tərbiyət Müdərris Universitetini və Tehran Universitetini bitirmişdir.

Karyerası İbrahim Hatemikiya ilk öncələr İran-İraq müharibəsi ilə bağlı müxtəlif qısa filmlər və sənədli filmlər çəkmışdir. İlk filmini 1986-cı ildə çəkmişdir . Filmin adı Kimlik adlanır. İndiyə qədər Fəcr Film Festivalında 8 dəfə mükafat ala bilmişdir. 1990-cı illər İran filmoqrafiyasının yetişdirdiyi ən böyük şəxslərdən hesab edilir. Onun Şüşə agentliyi və Atanın adı ilə filmləri XVI və XXIV Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı ekran əsəri və ən yaxşı rejissor işi nominasiyalarında mükafata layiq görülmüşdür. O, İranda yaşayan insanlar arasında aparılan sorğu zamanı İranın ən məşhur 10 film prodüserindən biri olmuşdur.

Filmoqrafiyası Kimlik (Hoviyat, 1986) Mühacir (Mohajer, 1990) Kəşfiyyatçı (Deedeh-Ban, 1990) Düzgün əlaqə ( Vasle Nikan, 1991) Qarxexdən Rhineyə (From Karkheh to Rhine, 1993) Yaşıl küllər (Khakestar-e Sabz, 1994) Yusifin paltarının qoxusu (Booy-e Pirahan-e Yusef, 1995) Minoo qalası (Borj-e Minoo, 1996) Şüşə agentliyi (Ajans-e Shisheh-i, 1998) Qırmızı lent (Rooban-e Ghermez, 1999) Dalğa ölüdür (Moje Mordeh, 2001) Alcaq ucalıq (Ertefae Past, 2002) thumb|MükafatlandırılarkənBənövşəyi rəng (Be Range Arghavan, 2004) Atanın adı ilə ( Be Name Pedar, 2006) Dəvət (Davat, 2008) Bayram qeydi (Gozaresh-e Yek Jashn, 2011) Ce (Chamran, 2014) Cangüdən (2016) Dəməşq saatı ilə (be vaght-e shaam, 2018)

TV serialları Yaşıl üzük (Halghe-ye Sabz, 2007) Oxra (Ocher, 2002)

Mükafatları Ən yaxşı film işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 1990) Ən yaxşı film işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 1998) Ən yaxşı rejissor işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 1998) San-Sebastiyan Film Festivalında festivalın ən yüksək mükafatı olan Qolden Şel mükafatına namizəd göstərilmişdir (1999). Ən yaxşı film işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 2006). Asiyanın ən yaxşı film işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 2006). Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı ekran işinə görə Diplomla təltif edilmişdir (2006). Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 2010). Ən yaxşı rejissor işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 2010). Fəcr Beynəlxalq Film Festivalında Ən Yaxşı Film nominasiyasında Kristal Simurq mükafatına namizəd göstərilmişdir (2014). Fəcr Beynəlxalq Film Festivalında Ən Yaxşı Rejissor nominasiyasında Kristal Simurq mükafatına namizəd göstərilmişdir (2014). Ən Yaxşı Rejissor mükafatı (Vyana Müstəqil Film Festivalı, 2017) Ən yaxşı rejissor işinə görə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalı, 2018)

İstinadlar

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İranın azərbaycanlı film rejissorları Kateqoriya:XXI əsr Azərbaycan yazıçıları Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:İran ssenaristləri