() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qafqazda, Avropada, Krımda, Qərbi Sibirdə, İranda, Monqolustanda, Yaponiyada və Çində təbii halda bitir. Krım və Qafqazda təsvir edilmişdir.

Botaniki xarakteristikası Hündürlüyü 20-50 sm olan yarımkol bitkidir. Gövdələri çubuqvari, düz və ya dırmaşan olub, yarpaqlara sıx yapışmış ağımtıl-boz qabıqlıdır. Yarpaqları qarşılıqlı, tamkənarları, saplaqlı, lansetvaridən uzunsova qədər və ya uzunsov-ellipsvari, bəzən ən aşağı yarpaqları yumurtaşəkilli və ya uzunsov-yumurtaşəkilli, aşağı yarpaqları küt, yuxarıdakılar bizdir. Çiçəkləri nazik sünbülşəkillidir, yarpaqsız süpürgə çiçək qruplarına yığılmışdır. Dişicikli çiçəklərin kasayarpaqları oturaq, ətli, yumurtaşəkilli, yuxarısı bitişik, dişli, kənarları yumşaq çıxıntılıdır. Aprel ayında çiçəkləyir. Oktyabr ayında meyvəsi yetişir.

Ekologiyası Duzlu torpaqlarda, günəşli ərazilərdə bitir.

Azərbaycanda yayılması Böyük Qafqazda, Kür-Araz ovalığında, Naxçıvan düzənliyində, Aranda və aşağı dağ qurşağında, səhra və yarımsəhralarda, şoranlıqlarda, şoranlaşmamış gilli təpələrdə yayılmışdır.

İstifadəsi Dəvələr üçün yardımçı yemdir. Dekorativ bitkidir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İran florası Kateqoriya:Pakistan florası Kateqoriya:Çin florası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər