Ağ Şəhər metrostansiyası — Bakı metrosunun ikinci (Yaşıl) xəttində olan stansiyası. Layihə adı — Y14, "Ağ Şəhər". Stansiyanın Bakı Ağ Şəhər ərazisində inşası planlaşdırılır. Y-14, Y-15 və Y-16 stansiyalarının inşası başa çatdıqdan sonra Həzi Aslanov-2 metrostansiyasında tikinti işləri sürətləndiriləcəkdir. Bu stansiyadan Həzi Aslanov metrostansiyasına keçid olacaqdır. Layihə sayəsində Cəfər Cabbarlı metrostansiyasından Həzi Aslanov metrostansiyasına qısa vaxt ərzində keçmək mümkün olacaqdır.
31 yanvar 2024-cü ildə stansiyaya mesenat Hacı Zeynalabdin Tağıyevin adının verilməsi ilə bağlı bir qrup ziyalı prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Tarixi 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Bakı Metropolitenin 2030-cu ilə olan planını təsdiqləmişdir. 2010-cu ildə Ağ Şəhər layihəsi işə salınır və bu zaman 8 Noyabr prospektində yeni metro stansiyanın inşa ediləcəyi bəyan edilir.
İnşası Metro stansiyasının tikintisi üçün yer hələ 2011-ci ildə ayrılır. Xətai və Həzi Aslanov arasında üç yeni stansiya ilə Yaşıl Xəttin ara hissəsinin tikintisinə 2013-cü ilin avqustunda başlanılıb. 2013-cü ilin dekabrında isə stansiyanın 4 çıxışının olacağı bəyan edilir. 2016-cı ilin avqustunda Bakı metrosunun 3 yeni stansiyanın inşasına başlandığı bəyan edilir.
2019-cu ildə Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.
2022-ci ildə "Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib ki, 2023-cü ildən "Həzi Aslanov" stansiyasında tikinti işlərini davam etdirmək üçün dövlət proqramı çərçivəsində bu layihəyə vəsait ayrılacaq: ""Ağ şəhər"də də yeni stansiyanın tikintisi həyata keçiriləcək."
İstinadlar
Xarici keçidlər Bakı Metropolitenin rəsmi saytı metro.gov.az
Kateqoriya:Bakının layihələndirilən və tikintisi davam edən metrostansiyaları Kateqoriya:Tikinti mərhələsində olan bina və qurğular