Sevda Eldar qızı Yahyayeva () — azərbaycanlı estrada müğənnisi.

Həyatı Sevda Yahyayeva 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə almışdır. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olmuşdur. Ali təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasının solo və xanəndəlik (muğam) fakültəsinə daxil olmuş və hazırda təhsilini davam etdirir.

Şəxsi həyatı Müğənni 2020-ci ildə Zakir Bayramov adlı şəxslə ailə həyatı qurmuşdur. Karyerası 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxmışdır. 2002-ci ildə Lalə qızlar ansamblına daxil olmuş və ilk müəlliməsi Azərbaycan Respublikasının xalq artisti Ceyran Haşımova olmuşdur. 2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılmış və müsabiqəni 3-cü yerdə uğurla başa vurmuşdur. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlmişdir. 2008-ci ildə müğənni karyerasının ilk "O zaman" adlı albomu işıq üzü görmüşdür. Bu illər ərzində müğənni albomunda yer alan "O zaman" və "Sənsiz" adlı mahnılarına klip çəkdirmişdir. 2010-cu il yanvarın 22-də Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə "Eşqimdə tapmışam səadətimi" adlı solo konsertini vermişdir. Azərbaycanı ölkə hüdudlarından kənarda layiqincə təmsil edən müğənni Rusiya Federasiyasının Kislovodsk şəhərində keçirilən "XXI əsrin Kumiri" adlı festivalda Qran Pri-yə layiq görülmüşdür. 2011-ci ildə "Eşqimdə tapmışam səadətimi" adlı solo konsertinin diski (CD/DVD) və ikinci "Dinlə" adlı albomu işıq üzü görmüşdür.

Mükafatları Altın Kelebek Ödülleri Sevda Yahyayeva sıx iş qrafiki səbəbi ilə 2018-ci ildə "Altın Kelebek Ödülleri"ndən namizədliyinin geri götürülməsini istəmişdir.

İl Mükafat Nəticə 2018 En İyi Kadın Sanatçısı 2019 En İyi Kadın Sanatçısı

Qrand Mükafatı Siyahıda əksiklik var, tamamlamağa kömək edin.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ‘’V&V Company’’ tərəfindən təşkil olunan ‘’Qrand Mükafatı’’.

İl Namizəd göstərilən iş Mükafat Nəticə2007O zamanİlin mahnısı2012Eşqimdə tapmışam səadətimiİlin konserti2012Eşqimdə tapmışam səadətimiİlin albomu

Diskoqrafiyası

Albomlar O zaman (2008) Eşqində tapmışam səadətini (2011) Dinlə (2011) Sevənlərin Ulduzları (2012)

Mahnılar O zaman (2008) Sənsiz (2009) Ağlama (2010) Tık tık xanım (2011) Tut əlimdən (2011) Gecdir daha (2011) Sən (2012) Dinlə (2013) Unut (2013) Yalan (2014) Yanlış adam (2015) Milli mətbəximiz (2016) Son xəbər (2019) Keçmiş olsun (2019) Sevgi etirafı (2020)

Videoqrafiyası +SayKlipTarix01O Zaman200702Sənsiz200903Aldatmayaq Bir-Birimizi ft. Röya 201004Ağlama 201005Gecdir Daha 201106Tık-Tık Xanım 201107Heç Qayıtma 201108Tut Əlimdən 201109Sən 201210Dinlə 201311Unut201312Yalan201413Yanlış Adam201514Hadi Ordan201615Milli Mətbəximiz 201616Sən Ola-Ola 201717Ağlarsan 201818Son Xəbər 201919Keçmiş Olsun 201920Sevgi Nəyə Deyirsən Sən?202021Məhəbbət Olmayanda 202122Gəl Mənə 202123Sevdiyim 202124Tənhalıq Qaranlıq 202225Xəyalpərəst202326Səni Verənə Şükür 2023

İstinadlar

Xarici keçidlər SevdaYahyayeva.com

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Messo-sopranolar Kateqoriya:XXI əsr müğənniləri