Kaç Rannı () — Hindistanın qərbində, az bir hissəsi isə Pakistanın şərqində yerləşən şoranlıq. Öz növbəsində iki yerlə bölünür: Böyük Kaç Rannı (şimal hissə) və Kiçik Kaç Rannı (cənub-şərq hissə).

Rann şözü sanskritcədən tərcümədə «səhralıq məkan» anlamını verir. Kaç Qucarat ştatının bir dairəsinin adıdır.

Sahəsi 20 min. km²-dir. Orta hündürlüyü 200 m, bəzi ərazilərdə isə 465 m çatır. Mussonlar mövsümündə dəniz suyu və Banas, Luni və d. çaylatrın suyu ilə dolur.

Əvvəllər ərazi dənizə aid bir körfəz olmuşdur. Tektonik proseslər nəticəsində quruya çevrilmişdir.

Mənbə Southern Asia: Western India into Pakistan - Ecoregions Global Species : Ecoregion : Rann of Kutch seasonal salt marsh

Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Asiyanın ekoregionları