Aşıq Qurban Rəhməti () — Cənubi Azərbaycanlı tanınmış aşıq.

Həyatı Aşıq Qurban Rəhməti 1970-ci ildə Cənubi Azərbaycanın Tikantəpə məntəqəsində anadan olmuşdur. İqtisadi çətinliklərə görə ailəsi ilə birlikdə sonralar Tehran şəhərinə köçmüşdür.

Yaradıcılığı Aşıq Qurban Rəhməti qədim dövrlərdən Azərbaycan ədəbiyyatında mövcud olan bir çox dastanları əzbər bilməklə yanaşı, həm də özünün müəllifi olduğu xeyli şerləri vardır. Cənubi Azərbaycanda və ümumilikdə İranda çox tanınan Aşıq Qurban Rəhməti 2016-cı ildə Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olmuşdur.

Ölümü 2017-ci ilin dekabr ayının 8-də infarkt nəticəsində vəfat etmişdir.

Həmçinin bax Cənubi Azərbaycan

İstinadlar

Xarici keçidlər Qurban Rəhmətinin çıxışı

Kateqoriya:İran aşıqları Kateqoriya:İran azərbaycanlısı aşıqlar Kateqoriya:İran azərbaycanlıları