DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017-ci ilin oktyabr ayından etibarən hər il Bakı, Azərbaycanda keçirilən film festivalıdır. Azərbaycanın ilk müstəqil, sənədli film festivalı olan DokuBaku BSFF onlarla film nümayişindən və xarici kino peşəkarlarının iştirakı ilə ustad dərslərindən ibarət olur. Keçirildiyi ilk ildə festival 15 uzunmetrajlı və 15 qısametrajlı filmin nümayişinə 1000-ə yaxın izləyici cəlb etmişdir. Festivalın əsas məqsədi Azərbaycanda sənədli filmin özünüifadə və düşüncə vasitəsi kimi inkişaf etdirmək, bu janrda fəaliyyət göstərən yerli rejissorlara dəstək olmaq və ölkənin film səhnəsini beynəlxalq film icması ilə birləşdirməkdir.

Tarixçə Festival 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunmağa başlamışdır. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovaya (proram tərtibçisi) aiddir“DokuBaku” beynəlxalq sənədli film festivalında 33 ekran əsəri nümayiş olunacaq" AzərTac. Festival birinci ildə çoxsaylı könüllülərin və festivala təmənnasız töhfə vermiş yerli və xarici təşkilatların köməyi ilə ərsəyə gətirilmişdirDokuBaku rəsmi saytı - Dostlar. dokubaku.org. Belə ki, göstərilən filmlərin bir çoxunun haqları festivala ianə verilmiş, nümayişlərin keçirildiyi müxtəlif kafe və barlar təmənnasız şəkildə məkan dəstəyi vermişdirlər. Bundan əlavə, çox sayda Azərbaycan ziyalısı və ictimai fəalı nümayişlərdən sonrakı müzakirələrin aparılmasında iştirak etmişdir.Lawry, Martha (2017). DokuBaku Film Festival: How to test reality. Visions of Azerbaijan

Festivalın bölmələri Festivalın bölmələri ildən-ilə dəyişsə də, aşağıdakı bölmələr festivalda fərqli vaxtlarda təşkil olunmuşdur.

Beynəlxalq Uzunmetrajlı Filmlər Burada dünyanın müxtəlif yerlərində mükafatlar almış filmlər nümayiş olunur.

Beynəlxalq Qısametrajlı Film Müsabiqəsi Dünyanın hər yerindən göndərilmiş qısametrajlı sənədli filmlərin nümayiş olunduğu müsabiqə bölməsidir.

Yerli Qısametrajlı Film Müsabiqəsi Yerli rejissorların qısametrajlı sənədli filmlərinin nümayiş olunduğu müsabiqə bölməsidir.

SciDocs Elmi Spektr jurnalı ilə birgə təşkil olunan və elmi sənədli filmlərin nümayiş olunduğu, müsabiqədənkənar bölmə.

Mükafat alan filmlər +Yerli Qısametrajlı Film Müsabiqəsi QalibləriİlFilmin adıRejissorÖlkəBölmə2017Dəhlizİqrar Qurban AzərbaycanYerli Qısametrajlı Film Müsabiqəsi2017Humble Room ADOLeyli Qafarova AzərbaycanYerli Qısametrajlı Film Müsabiqəsi2017MonikayaOktay Namazov AzərbaycanYerli Qısametrajlı Film Müsabiqəsi

İstinadlar

Xarici keçidlər

Saxta film festivalları ilə bizi aldadanlar: onları necə tanımalı?

Kateqoriya:Azərbaycan film şirkətləri Kateqoriya:Azərbaycan film festivalları